İlqar Safat

Məmmədov İlqar Kamil oğlu və ya İlqar Safat (23 yanvar 1972, Bakı) — kino və teatr rejissoru,[1] ssenarist, yazıçı, şair, rok-bard.

İlqar Safat
İlqar Kamil oğlu Məmmədov
Doğum tarixi 23 yanvar 1972(1972-01-23) (52 yaş)
Doğum yeri
Fəaliyyəti kinorejissor, ssenarist, montajçı[d], rejissor
Təhsili
IMDb ID4049153

Həyatı

İlqar Safat 1972-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə "rus dili və ədəbiyyatı" ixtisası üzrə M. F. Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu bitirib. 2012-ci ildə ailə həyatı qurub. Bir qızı var.

Yaradıcılıq fəaliyyəti

1995-ci ildən 2000-ci ilə qədər şeirləri Bakıda müxtəlif qəzet və ədəbi jurnallarda dərc olunub. Öz mahnıları ilə Bakının və Moskvanın müxtəlif meydançalarında çıxış edib. Yüzə yaxın mahnının müəllifidir.

2002-ci ildə Moskvada SRAK (Senaristlər və Rejissorlar Ali Kursunu) bitirib: V. İ. Xotinenkonun emalatxanası.

2002-ci ildə Qafqaz Layihəsi çərçivəsində Avropanın müxtəlif şəhərlərində Azərbaycanı bir neçə il təmsil etmiş "Dağın nəvəsi" filmini çəkib.

Ali Kursları bitirdikdən sonra il yarım Xabarovskda Uzaq Şərq Kinoxronika Studiyasında rejissor işləyib. 2003-cü ildə "Səma kökləri" filminə görə Xabarovsk Diyarı Qubernatorunun diplom və mükafatına layiq görülüb. "Səma kökləri" filmi dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilib, bir çox Rusiya və beynəlxalq kinofestivalların (Nyu-York, Leyptsiq, Barselona, Praqa, Auqsburq və b.) iştirakçısı olub. Almaniyada film ən yaxşı etnoqrafik filmlər kataloquna daxil edilib. "Səma kökləri" filmi Nyu-Yorkda Amerika Təbiətşünaslıq Muzeyinin kitabxanasına salınıb.

İlgar Safat həmçinin teatr rejissoru kimi fəaliyyət göstərir, 2013-cü ildə S. Vurgun adına Rus Dram teatrın səhnəsində Ceyn Ostinin "Qürur və qərəz" (Гордость и предубеждение)adlı əsəri əsasında eyni adlı tamaşa qurmuşdur. 2014-cü ilin Noyabr ayında, Rus Dram teatrının səhnəsində Hacı Murad Yegizarovun yubileyinə həsr olunmuş "Artist və onun kölgəsi" (müəllif- Vladimir Stupinski) tamaşasını qurub.

Festivallar

  1. Margaret Mead Film & Video Festival (New York, USA)
  2. Montreal First Peoples Festival (Montreal, Canada)
  3. imagineNATIVE (TORONTO, CANADA)
  4. One World – International Film Festival (Prague, Czech Republic)
  5. International Leipzig Festival for Documentary and Animated Films (Leipzig, Germany)
  6. Cinema of Tomorrow (Augsburg, Germany)
  7. Asia — Berlin International Film Festival (Berlin, Germany)
  8. Parnu International Documentary and Anthropology Film Festival (Parnu, Estonia)
  9. Moscow International Visual Anthropology Film Festival (Moscow, Russia)
  10. MESSAGE TO MAN International Film Festival (St Petersburg, RUSSIA)
  11. Solo para Cortos Film Festival (Barcelona, Spain)
  12. ALTER-NATIVE International Short Film Festival (ROMANIA)
  13. MEDIAWAVE International Visual Art Foundation (GYOR, НUNGARY)
  14. ALJAZEERA International Documentary Film Festival (Doha, Qatar)

Mükafatlar

  • Xabarovsk Diyarı Qubernatorunun mükafatı laureatı ("Səma kökləri")
  • "İntellekt" mükafatı laureatı ("Dağın nəvəsi")
  • "Mən burada yaşayıram!" Beynəlxalq KinoFestivalı laureatı ("Məhsuldar otlaqlarda")
  • Y. N. Ozerov adına Hərbi Kino Festivalında diplom ("Sofrinskaya Bogoroditsa")

Filmoqrafiya

  1. Min (2001, Moskva)
  2. Mən Quşları Xatırlayıram… (2002, Moskva)
  3. Dağın nəvəsi (film, 2002)
  4. Daşda Yaşayan Ruh (2003, Xabarovsk)
  5. Səma Kökləri (2003, Xabarovsk)
  6. Azadam. Öpürəm. Boris (2004, Moskva)
  7. Məhsuldar Otlaqlarda (2006, Bakı)
  8. Pəri qala (film, 2007)
  9. Sahə (film, 2010)[2]
  10. Bəhram Gur (film, 2015) (qısametrajlı bədii film)
  11. Xəzər Atlantidası (film, 2015) (qısametrajlı bədii film)
  12. Sofrili müqəddəs ana[3]
  13. Postskriptum (film, 2016) (qısametrajlı bədii film)
  14. İçəri şəhər (film, 2016)[4]
  15. İkinci güllə (film, 2017) — bədii rəhbər

İstinadlar

  1. "Şaken ulduzları-2008" adlı ənənəvi kinofestivalı: Festivalda ölkəmiz "Qobustana qayıdış" filmi ilə təmsil olunur: [Qazaxıstanda eyni adlı VI beynəlxalq kinofestivalında rejissor İlqar Safatın filmi] //Səs.- 2008.- 30 may.- S. 12.
  2. Azərbaycanlı aktyor Hollivudun mükafatına layiq görülüb: [Azərbaycanın gənc aktyoru Timur Oduşev rejissor İlqar Salatın quruluşunda hazırlanan "Sahə" bədii filmindəki roluna görə] //Mədəniyyət.- 2011.- 23 fevral.- S.11.
  3. Azərbaycanlı rejissorun filmi beynəlxalq xristian kinofestivalında: [Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq festivalda Azərbaycan rejissoru İlqar Safatın "Sofrili müqəddəs ana" filmi də nümayiş etdiriləcək] //Mədəniyyət.- 2013.- 20 noyabr.- S. 6.
  4. Safat, İ. Romantik ovqat, zərif çalarlar: "İçərişəhər" bədii filminin çəkilişləri başa çatıb: [İlqar Safatun quruluşunda hazırlanan eyniadlı film haqqında] /müsahibəni apardı Samirə Əsgərova; Lalə Azəri //Mədəniyyət.- 2015.- 21 avqust.- S.7.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.