İlqar Quliyev (baş leytenant)
İlqar Quliyev (28 dekabr 1960, Kürdəxanı – 25 yanvar 1994, Kürdmahmudlu, İmişli rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid olmuşdur.
İlqar Quliyev | |
---|---|
İlqar Əbdülhəmid oğlu Quliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdəxanı, Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | 25 yanvar 1994 (33 yaşında) |
Vəfat yeri | Kürdmahmudlu, Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Milliyyəti | azərbaycanlı |
Həyatı
İlqar Quliyev Əbdülhəmid oğlu 1960-cı il dekabrın 28-də Bakının Kürdəxanı qəsəbəsində anadan olmuşdur. Qəsəbədəki 113 saylı orta məktəbi bitirmişdir.
İlqar Füzuli rayonun N saylı hərbi hissəsində təcrübəli mütəxəssis kimi xidmək edərək and içmişdir ki,doğma vətəni göz bəbəyi kimi qoruyacaq, yağı düşmənin torpaqlarımızdan qovulmasında fəal iştirak edəcək. Amma tale onun ömrünün 34-cü baharında boya-başa çatdığı doğma torpağa şəhid kimi əbədi qonaq gətirdi.
Quliyev İlqar 1978-ci ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə daxil olmuşdur.1985-ci ildə ali təhsilini başa vurandan sonra, Bakı elektrik ştampları sınaq təcrübə zavodunda işləməyə başlamışdır. 1992-ci ildə Müdafiə Nazirliyi tərəfindən Bakı hərbi məktəbinə çağırılmışdır.Yüksək hərbi biliyə malik olduğuna görə Müdafiə Nazirliyi tərəfindən Füzuli bölgəsindəki N –hərbi hissəsinin rəisi təyin olunmuşdur. Füzuli rayonunun Alxanlı,Kürdmahmudlu,Qaraxanlıya qədər bütün ərazisini minadan təmizləmişdir.Son günlər İlqar öz həyatını təhlükə qarşısına ataraq gündə 100-120 mina zərərləşdirməklə yüzlərlə insan həyatını ölümdən xilas etdi, özü isə 1994-cü il yanvarın 25-də qəhrəmancasına həlak oldu.
Ondan yadigar gözüyaşlı həyat yoldaşı,körpə oğlu Vüqar və birdə hələ həyata gəlməmiş,ata nəvazişindən məhrum olan körpəsi qaldı.O,Kürdəxanı qəsəbəsindəki qəbiristanlıqda dəfn edilmişdir. 1994-cü il avqustun 1-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə,İlqar Quliyev ölümündən sonra,Azərbaycan Bayrağı ordeni ilə təltif olunmuşdur.