İlqar Orucov
İlqar Rəhman oğlu Orucov (19 yanvar 1984, Kirovabad) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.[1]
İlqar Orucov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 yanvar 1984 (40 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 2001-ci ildən |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi Sentyabr döyüşləri Antiterror əməliyyatı |
Təltifləri | |
|
Haqqında
Orucov İlqar Rəhman oğlu 19 yanvar 1984-cü ildə Gəncə şəhərində anadan olub. 1990-cı ildə Gəncə şəhərində şəhid Nizami Aydın adına 18 saylı tam orta məktəbə daxil olub, 2000-ci ildə həmin məktəbi fərqlənmə ilə bitirib. 2001–2005-ci il tarixlərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində qoşun kəşfiyyatı ixtisası üzrə təhsil alıb. Daha sonra SQ TTM -də təhsilini xüsusi təyinatlı ixtisası üzrə davam etdirib. 2006–2017-ci illərdə Naxçıvan Muxtar Respublikasında Xüsusi təyinatlı h/h-də müxtəlif vəzifələrdə xidmət edib. 2018–2019-cu illərdə SQ Hərbi Akademiyasında magistr pilləsi üzrə təhsili almışdır. Təhsili başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə təyinatla müəyyən vəzifəyə təyinat alıb və xidmətini davam etdirir. İkinci Qarabağ müharibəsinin ilk günündən başlanılan əks hücum əməliyyatı zamanı Murovdağ istiqamətində bir neçə strateji yüksəkliklərin düşməndən azad edilməsi və düşmənin canlı qüvvəsinin, döyüş texnikaların darmadağın edilməsinə nail olmuşdur. Döyüşlərin gedişatında Cəbrayıl, Füzuli şəhərləri daxil olmaqla həmin rayonların ümumilikdə 25-dən çox kədlərini, Xocavənd rayonunun isə 15-ə yaxın kəndlərini düşmən işğalından azad edilməsində tabeliyindəki şəxsi heyətlə iştirak etmiş və həmin əraziləri işğaldan azad etmişdir. Ümumilikdə döyüş əməliyyatlarının gedişi zamanı tabeliyindəki şəxsi heyət ilə 450-dən çox düşmənin canlı qüvvəsini, 25 zirehli texnikasını, 30-dan çox döyüş və digər nəqliyyat vasitələrini, bir çox reaktiv artilleriya atəş vasitələrinin idarə etmə məntəqələrini darmadağın etmişdir. Döyüş əməliyyatları və xüsusi əməliyyatların gedişi zamanı göstərdiyi şəxsi şücaəti, mərdliyi ilə fərqlənmiş və tabeliyindəki şəxsi heyəti bacarıqla idarə edərək Azərbaycanın Respublikasının ərazi bütövlüyünün təmin olunmasında qarşıya qoyulan bütün növ döyüş tapşırıqlarını yerinə yetirmişdir.
Ailəlidir. 2 övladı var.
9 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu İlqar Orucova Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmişdir.[2]
2021-ci ilin iyun ayında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq əmri ilə polkovnik-leytenant rütbəsi verilib.
Təltifləri
- (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
- (9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı[1]
- (25 iyun 2021) — "Azərbaycan Bayrağı" ordeni
- (26 iyun 2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (25 iyun 2012) — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- (26 iyun 2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (25 iyun 2017) — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- (26 iyun 2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- (8 dekabr 2020) — "Şücaətə görə" medalı
- (25 iyun 2020) — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
- (24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı[3]
- (25 dekabr 2020) — "Füzulinin azad olunmasına görə" medalı[4]
- (24 iyun 2021) — "Xocavəndin azad olunmasına görə" medalı[5]
- (24 iyun 2021) — "Kəlbəcərin azad olunmasına görə" medalı[6]
- (25 iyun 2022) — "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
Həmçinin bax
İstinadlar
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı" ( (az.)). 9 dekabr 2020. 9 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2020.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-25.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 24.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (Normativ hüquqi aktların vahid internet elektron bazası) ( (az.)). 25.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.06.2021-ci il tarixli Sərəncamı". www.mod.gov.az (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytı) ( (az.)). 24.06.2021. 2021-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.06.2021.