İlqar Niftəliyev
İlqar Vahid oğlu Niftəliyev (26 may 1972) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, dosent, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru.
İlqar Vahid oğlu Niftəliyev | |
---|---|
Doğum tarixi | 26 may 1972 (51 yaş) |
Elm sahəsi | Tarix |
Elmi dərəcəsi | tarix elmləri doktoru (2023) |
Elmi adı | dosent |
İş yeri | AMEA Tarix İnstitutunun icraçı direktoru |
Təhsili | Bakı Dövlət Universiteti Tarix fakültəsi |
Həyatı
İlqar Niftəliyev 1972-ci il mayın 26-da anadan olmuşdur. O, 1996-2002-ci illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil almışdır.
İlqar Niftəliyev 2002-ci ildən AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda işləyir. O, 2003-2006-cı illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almışdı.
İ.V.Niftəliyev 2007-ci ildə “Azərbaycan SSR-ə qarşı ermənilərin ekspansiya planlarının həyata keçirilməsi (XX əsrin 20-ci illərinin birinci yarısı)” adlı dissertasiya işi müdafiə etmiş, tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
İlqar Niftəliyev 2015-2017-ci illər ərzində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi" şöbəsinin, 2017-2023-cü illərdə isə "Azərbaycanın Sovet dövrü tarixi"şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, AMEA Tarix İnstitutu Elmi Şurasının üzvüdür, 2005-ci ildən 2016-cı ilədək Tarix İnstitutunun Gənc alimlər və mütəxəssislər Şurasının sədri olmuşdur. Hazırda, İlqar Niftəliyev AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun İcraçı direktoru vəzifəsində çalışır. [1]
İlqar Niftəliyevin elmi axtarışlarının əsas istiqamətini Azərbaycanın müasir dövr tarixinin müxtəlif məsələlərinin araşdırılması təşkil edir. O, 5 kitabın (3-ü – müştərək) və 80-dən çox elmi məqalənin müəllifidir. İ.V.Niftəliyev çoxsaylı beynəlxalq və respublika səviyyəli konfransların istirakçısı olmuşdur.
Evlidir, iki övladı var.
Elmi fəaliyyəti
Çap olunmuş monoqrafiyaları
- Азербайджанская ССР в экспансионистских планах армян (20-е годы ХХ века). Баку: Тахсил, 2010, 292 с.
- Геноцид азербайджанцев в Иреванской губернии (1918-1920). Баку: 2014, Турхан, 188 с.
- Кадровая политика в Азербайджанской ССР в 1920-1930-е гг.: цели, основные направления и формы осуществления /-Баку: Elm və təhsil,- 2018.- 480 с.
Sənədlər toplusu
- История Азербайджана в архивных документах (1917-1920). На основе материалов Российского Государственного архива Социально-политической истории. Гл.редактор Я.М.Махмудов, составитель И.В.Нифталиев. Баку, 2010.
- Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı. Xatirələr. Sənədlər toplusu. 3-cilddə, c.2. Baş redaktor Y.M.Mahmudov, tərtibçi İ.V. Niftəliyev. Bakı, 2010.
- Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. İrəvan quberniyasında soyqırımı. 3 cilddə, cild 2, kitab 2. Baş redaktor Y.M.Mahmudov, tərtibçi İ.V. Niftəliyev. Bakı. 2011.
- Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı. Gəncə quberniyasında soyqırımı. 3 cilddə, cild 2, kitab 1. Baş redaktor Y.M.Mahmudov, tərtibçi İ.V. Niftəliyev. Bakı. 2011.
- История Азербайджана в архивных документах (апрель-декабрь 1920 года). На основе материалов Российского Государственного архива Социально-политической истории. Гл.редактор Я.М.Махмудов, составитель И.В.Нифталиев. Баку, 2012.
İstinadlar
- "Arxivlənmiş surət". 2023-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-15.