İlqar Musayev (general)
İlqar Əli oğlu Musayev (15 sentyabr 1975, Bakı) — general-leytenant, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi (2022-ci ildən), İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini (2017–2022).
İlqar Musayev | |
---|---|
Vəzifədədir | |
15 iyul 2022-ci ildən | |
Prezident | İlham Əliyev |
Baş nazir | Əli Əsədov |
Əvvəlki | vəzifə təsis edilib |
11 may 2017 – 15 iyul 2022 | |
Prezident | İlham Əliyev |
Rəis | Mədət Quliyev Əli Nağıyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 sentyabr 1975 (48 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi |
General-leytenant |
|
|
Təltifləri |
Həyatı və fəaliyyəti
İlqar Musayev 1975-ci il 15 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında ali təhsil almışdır.[1]
Əmək fəaliyyətinə 1994-cü ildə başlamışdır.
1994-cü ildən 2015-ci ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq qurumunda xüsusi dövlət rabitəsi sahəsi üzrə məsul vəzifələrdə xidmət etmişdir.
2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq xidmətini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifələrdə davam etdirmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 mart 2017-ci il tarixli Sərəncamı ilə İlqar Musayevə general-mayor ali hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin olunmuşdur.[2]
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İlqar Musayevə general-leytenant ali hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmuşdur.[3]
Təltifləri
Xidmət etdiyi müddətdə çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür:
- Azərbaycan Respublikası Prezidentinin 21 avqust 2008-ci il tarixli 3001 nömrəli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı;
- Azərbaycan Respublikası Prezidentinin 27 mart 2019-cu il tarixli 1062 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni;[4]
- Azərbaycan Respublikası Prezidentinin 17 mart 2022-ci il tarixli 318 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni.
İstinadlar
- "XRİTDX — Rəhbərlik". 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
- "İ. Ə. Musayevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
- "İ. Ə. Musayevin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
- "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.