İlqar Mehdiyev

Mehdiyev İlqar Ərşad oğlu — şəhid.

İLQAR MEHDIYEV
İlqar Ərşad oğlu Mehdiyev
Doğum tarixi
Doğum yeri Cəbrayıl
Vəfat tarixi
Vəfat yeri Sumqayıt
Vəfat səbəbi Zəhərləndirilmişdir

Həyatı

İlqar Mehdiyev 1958-ci il oktyabrın 24-də Cəbrayılda müəllim ailəsində doğulmuşdur. 1975-ci ildə M. Qorki adına Cəbrayıl qəsəbə orta məktəbini bitirmişdir. 1975–1977-ci illərdə Bakı şəhəri Lenin rayon OADKYC-də məlumatçı işləmişdir. 1977–1979-cu illərdə ordu sıralarında xidmət etmişdir.

23 avqust 1993-cü ildə erməni qəsbkarları tərəfindən Cəbrayılı işğal edilən zaman, İlqar Mehdiyev şəhəri tərk etməmiş, əhalini ərazidən çıxararkən, düşmənə əsir düşmüşdür. 1997-ci ildə onu "Qırmızı xaç"ın xətti ilə azad edi

5 fevral 1997-ci il tarixdə faciəli şəkildə vəfat etmişdir.

Ailəsi

Ailəli idi, bir oğlu və iki qızı var.

Oğlu Samir Mehdiyevin üzvü olduğu silahlı birləşmə 2008-ci il avqust ayının 17-də Bakı şəhəri, Nərimanov rayonunda yerləşən "Əbu-Bəkr" adı ilə tanınan "Cümə" məscidində partlayış törətməkdə ittiham olunmuş və cəzasının 2 ilini qapalı rejimdə çəkmək şərti ilə 15 il müddətinə azadlıqdan məhrum edilmişdir[1].

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.