İlqar Məmmədov (general-mayor)
Məmmədov İlqar Aydın oğlu (7 oktyabr 1970, SSRİ) — Azərbaycan Respublikası Daxili Qoşunların Ali Hərbi Məktəbinin Sabiq rəisi .
İlqar Məmmədov | |
---|---|
Məmmədov İlqar Aydın oğlu | |
| |
Şəxsi məlumatlar | |
Ləqəbi | İlqar Paşa |
Doğum tarixi | |
Doğum yeri |
SSRİ, Azərbaycan SSR, Əli Bayramlı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycan Türkü |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Qoşun növü | Daxili Qoşunlar |
Hərbi hissə | Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbi |
Xidmət illəri | 1991 — 2023 |
Rütbəsi | General-mayor |
Vəzifəsi | Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi |
Təltifləri |
Həyatı
7 oktyabr 1970-ci ildə Azərbaycan Respublikasının Şirvan şəhərində anadan olmuşdur. 1991-ci ildən SSRİ Silahlı Qüvvələrinin Lvov Ali Hərbi Məktəbini, 2005-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını və 2009-cu ildə Türkiyə Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını bitirmişdir. 1991—1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində zabit kimi xidmət etmişdir.
1992—2013-cü illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında tabor komandirinin tərbiyə işlər üzrə müavini, tabor komandirinin müavini - qərargah rəisi, əlahiddə tabor komandirinin birinci müavini, alay komandirinin tərbiyə işləri üzrə köməkçisi, tabor komandiri, Tədris alayında silsilə rəisi, alay komandirinin birinci müavini – qərargah rəisi, alay komandiri, Ali Hərbi Məktəb rəisinin müavini — qərargah rəisi vəzifələrində xidmət etmişdir.[1]
Azərbaycan Respublikasının Prezidentinin 8 mart 2014-cü il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2014-cü il tarixli Sərəncamı ilə general-mayor Məmmədov İlqar Aydın oğlu Azərbaycan Respublikası Daxili Qoşunları Ali Hərbi Məktəbinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Ailə
İlqar Məmmədov Ailəlidir və İki övladı var.
Mükafatları
Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.[2]
Azərbaycan Respublikasının Prezidentinin 11 mart 2008-ci il tarixli Sərəncamı ilə "igidliyə görə medalı ilə təltif edilmişdir.[3]
Mənbə
İstinadlar
- "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi general - mayor Məmmədov İlqar Aydın oğlu". Mia.gov.az. 2023-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.
- ""Hərbi xidmətlərə görə" medalı ilə - Məmmədov İlqar Aydın oğlu". e-qanun.az.
- ""İgidliyə görə" medalı -İlqar Məmmədov". e-qanun.az. 2024-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-13.