İlqar Kərimov

İlqar İsa oğlu Kərimov (22 avqust 1962, Ağamalıoğlu, Qasım İsmayılov rayonu19 yanvar 1990, Bakı) — "20 Yanvar" şəhidi. Ölümündən sonra "20 Yanvar şəhidi" fəxri adına layiq görülüb.

İlqar Kərimov
İlqar İsa oğlu Kərimov
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (27 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti Qara Yanvar şəhidi.

Haqqında

1962-ci il 22 avqust Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olub. Pirküşkül qəsəbəsinin Broyler fabrikində işləyib.

Şəhid olması

1962-ci il avqustun 22-də Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olmuşdur. Pirküşkül qəsəbəsinin Broyler fabrikində işləyirdi. O müdhiş gecə işdən çıxıb arxayın-arxayın evə gedirdi. Evdə onu iki övladı gözləyirdi. Ataları evə gəlməyincə uşaqlar yatmırdılar. İlahi, görən o gecə körpələrin gözünə yuxu gedibmi? Anaları nə deyib onlara, necə ovundurub?O gecə evə gedib çıxa bilmədi.

Biləcəridəki dəmiryolu xəstəxanasının yanında yağı güllələrinin qurbanı oldu. Evə gedirkən Semaşko adına xəstəxanaya aparıldı. Çox yaşamadı. Elə həmin gün canını tapşırdı. Goranboy rayonunun 1 may kəndində, anadan olduğu torpaqda dəfn olunub.[1]

Həmçinin bax

İstinadlar

  1. Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.