İlqar Fəti-zadə
İlqar Fəti oğlu Fəti-zadə (30 sentyabr 1956, Kirovabad – 14 aprel 2022, Bakı) — Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini.
İlqar Fəti-zadə | |
---|---|
Azərbaycan Respublikasının maliyyə nazirinin birinci müavini | |
23 sentyabr 1999[1] – 14 aprel 2022 | |
Nazir | Əvəz Ələkbərov (1999-2006) Samir Şərifov (2006-) |
Əvvəlki | Səfər Hüseynov |
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Sədrinin I müavini | |
Dekabr 1992 – 1999 | |
Azərbaycan Respublikasının Maliyyə Nazirinin müavinin | |
Aprel 1992 – Dekabr 1992 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 sentyabr 1956 |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 2022 (65 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Həyatı
İlqar Fətizadə 1956-cı il sentyabr ayının 30-da anadan olmuşdur. 1978-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu malliyyə-statistika ixtisası üzrə bitirmişdir. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur.
1980–1984-cü illərdə Azərbaycan SSR Maliyyə Nazirliyində baş iqtisadçı, şöbə rəisi vəzifələrində işləmişdir. 1988-ci ildə Maliyyə Nazirliyinin Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
1992-ci ilin aprel ayında Maliyyə nazirinin müavini, dekabr ayında isə Dövlət Sosial Müdafiə Fondu sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. 1999-cu ildən Maliyyə nazirinin birinci müavinidir.
14 aprel 2022-ci ildə vəfat etmişdir.
Ailəli idi. Bir övladı var.
İstinadlar
- "İ. F. Fətizadənin Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini təyin edilməsi haqqında". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.