İlqar Abbasov (general-mayor)

İlqar Rza oğlu Abbasov (11 aprel 1975, Naxçıvan) — Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi (2022-ci ildən), general-mayor (2022).

İlqar Abbasov
Vəzifədədir
15 iyul 2022-ciildən
Şəxsi məlumatlar
Doğum tarixi 11 aprel 1975(1975-04-11) (48 yaş)
Doğum yeri
Təhsili
Rütbəsi
General-mayor

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2018 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı  — 2024 "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992–2022)" yubiley medalı "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)" yubiley medalı "Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının 30 illiyi (1993–2023)" yubiley medalı "Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880–2020)" yubiley medalı

Həyatı

İlqar Rza oğlu Abbasov 11 aprel 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.[1]

İlqar Abbasov 1996-cı ildə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında daimi qulluğa qəbul olunmuş, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda, LənkəranSəbail rayon prokurorluqlarında, Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunda prokuror köməkçisi və idarə prokuroru, eləcə də Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini, Bakı şəhər prokuroru vəzifələrində çalışmışdır.[1]

Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilmişdir.[2] 15 iyul 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunmuş[3] və ona general-mayor ali hərbi rütbəsi verilmişdir.[4]

İlqar Abbasov çalışdığı dövr ərzində dəfələrlə mükafatlandırılmış, 28 sentyabr 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[5]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.