İllig xaqan
İllig xaqan (𐰃𐰞𐰞𐰃𐰏𐰴𐰍𐰣) — Şərqi Göytürk xaqanlığının son müstəqil xaqanı. Yami xaqanın kiçik oğu idi. Anası isə Tuyuhun xalqından Poşi (婆施) idi. Əsl adı Topi idi. Atasının dövründə Külüg Tarxan (胡祿達官) tərbiyəsinə verilmiş[1], Bağa Çor şad titulu almışdı.[2]
İllig xaqan | |
---|---|
頡利可汗 | |
620 – 630 | |
Əvvəlki | Çula xaqan |
Sonrakı | Kilibi xaqan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Taypu |
Vəfat səbəbi | Xəstəlik |
Dəfn yeri | Ba çayının şərqində |
Fəaliyyəti | hərbi qulluqçu |
Atası | Yami xaqan |
Anası | Poşi |
Həyat yoldaşı | Şahzadə Yiçenq |
Uşağı | Yükük şad |
Dini | Tenqriçilik |
İlk dövrləri
620-ci ildə, qardaşı Çula xaqanın ölümündən sonra taxta çıxmışdı. İlk işi Tan sülaləsinə hücum etmək oldu. Qardaşıoğlu Yuşe şada 10.000 əsgər verib Linçjounu mühasirəyə göndərmişdi. Həmçinin Şibi xaqanın oğlu Tolis xana şərq torpaqlarını verərək özünə müttəfiq yaratdı.
621-624 müharibəsi
621-622ci illərdə Yanmeni mühasirəyə almış və yağmaları artırmışdı. İmperatorun sülh təklifinə isə məhəl qoymurdu. Uzun sürən qırğınlardan sonra 624-cü ildə sülh bağlanmışdı. Tan sülaləsi isə yeni bir döyüşə hazırlaşırdı.
625-626 müharibəsi
Xaqan 625-ci ildə yenidən Şanhsiyə hücuma keçdi. Lakin çox keçmədən Li Şimin sayəsində yenidən sülh bağlandı. 3000 at, 10000 qoyun qarşılığında türk əsirlər geriyə qaytarıldı.
Son dövrləri
627-ci ildə xaqanlıq ən zəif dövrünə qədəm qoydu. Seyanto xanlığının İncu xan başçılığı ilə üsyanı onu Tan sülaləsi qarşısında köməksiz qoydu. 628-ci ildə Tolis xan və kidan ordusu üsyana qalxdı. Çinlilər Tolisə dəstək olurdu. Xaqan buna görə də anası Poşinin xalqı olan Tuyuhunlara sığınmağa cəhd etdi. Xaqan 630-cu ildə imperatorun əmisioğlu Li Daoçonq və köməkçisi Çenq Paohsianq (張寶相) tərəfindən həbs edildi.[3] 29 mart 630-cu ildə paytaxt Çanqana gətirildi.
Hakimiyyətdən sonra
Onun hakimiyyətinin sonu elə Şərqi Göytürk xaqanlığının da bir müstəqil dövlət kimi sonunu gətirdi. Bundan sonra Jimi sistemi altında muxtar vilayət sisteminə bənzər bir sistemlə xaqanlar hakimiyyətə gəlməyə başladı. Xaqan 632-ci ildən sonra Kuo prefekturasının hərbi qubernatoru təyin olundu. Daha sonra isə ona "Saray Mühafizlərinin Sağ Alay Sərkərdəsi" (右衛大將軍) titulu verilmişdi. Taypada çadırda yaşamağa başlamışdı. Sürətlə arıqlayır və ruhdan düşürdü. 4 il sonra vəfat etdi və bədəni yandırıldı. Külü Ba çayının şərq sahilində dəfn edildi. Məzarı tapılmamışdır.
Ailəsi
Qardaşlarının keçmiş xatunu şahzadə Yiçenqlə evlənmişdir. Oğulları:
- Tiluçi (疊羅支) — 630-cu ildə Çinə əsir düşmüşdür. Çin mənbələrinə görə o "düzgün xarakterli və vəfalı" biri idi.[4] Aqibəti haqda məlumat yoxdur.
- Yükük şad — 627-ci ildən öncə Bügüt, Uyğur və Tonqra tayfalarını idarə edirdi.[4]
- Aşina Poluomen (610 - 651) — Saray Mühafizlərinin Tun Alayının bir zabiti idi.
- Aşina Tigin — Aşina Qandenin babası idi.
- İl Etmiş bəy - İltəriş xaqanın atası olduğu güman edilir.
İstinadlar
- Hsie Tanq Şu, 215a (1975:6029)
- Çiu Tanq Şu, 194a (1975:5154)
- Çiu Tanq Şu, 3 (1975:39)
- Hsie Tanq Şu, 215a (1976:6036)