İlkin Cavanşirov

İlkin Cavanşirov (tam adı: İlkin Zülqədər oğlu Cavanşirov; 28 sentyabr 193323 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]

İlkin Cavanşirov
İlkin Zülqədər oğlu Cavanşirov
Doğum tarixi
Vəfat tarixi (56 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Şəhidlər Xiyabanı
Vətəndaşlığı SSRİ SSRİ
Atası Zülqədər
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Sürücü

Həyatı

1933-cü il sentyabrın 28-də anadan olmuşdur. 2 nömrəli taksi maşınları parkında sürücü işləmişdir.[2]

Ailəli olmuş, 9 övladı yadigar qalmışdır: Zülqədər, Əsəd, Solmaz, Sona, Nüsrət, Sevda, Arif, Zaur, Elçin. Oğlu Əsəd İlkin oğlu Cavanşirov 1-ci Qarabağ müharibəsində Sərsəng istiqamətində mühasirəyə düşmüş, əsir düşməmək üçün özünü əl qumbarası ilə partladaraq həlak olmuşdur.[3]

Qanlı Yanvar faciəsi

O müdhiş gecə güllə səsləri eşidəndə eyvana çıxıb. Küçədəkilər qışqırıblar ki, əsgərlər dinc əhalini qırır. O, oğlu Nüsrəti götürüb getmək istəyəndə evdə soruşublar ki, hara gedirsən? Cavab verib ki, gedim, bəlkə kiməsə kömək lazımdır. Hadisənin şahidi olmuş oğlu Nüsrətin dili keçirdiyi şokdan bir müddət tutulmuş, dili açılandan sonra isə Nüsrət bunları demişdir:[4]:

" Vurdular maşının içində... Vurdular... Evin tinində mənə rast gəldi. Dedim getmə, atışırlar. Qulaq asmadı. Mən də açıb dalı, oturdum. Yoldan bir adam da götürdü... Naxçıvan mehmanxanasının yanından keçəndə qabaq şüşədən vurdular babanı. Yanımdakı kişini də vurdular. Mənim ürəyim getdi. Ayılanda gördüm ki, evə sarı qaçıram. Babanın yeri bilmədim nə oldu. "

09-67 AQB nömrəli taksi maşınında 18 güllə yeri olmuş, İlkin qolundan və başından yara almışdır. Yanvarın 23-də Semaşko adına təcili yardım xəstəxanasında aldığı xəsarətdən vəfat etmişdir.

Şəhidlər xiyabanında dəfn edilmişdir.

Tümendəki "Alma" kooperativinin İlkinin həlak olmasından məyus olmuş, İlkinin uşaqlarını həddi-buluğa çatanadək himayəyə götürmüşdür.

Ünvan

Bakı, Qorki küçəsi 7, mənzil 16.

Qeyd

  1. ^ Qulu Kəngərli öz kitabında hadisənin avtovağzal yaxınlığında baş verdiyini, oğlu Zaur isə "Şəhidlik zirvəsi" filmində güllələrin snayperlər tərəfindən atııldığını qeyd etmişdir.

Həmçinin bax

İstinadlar

  1. ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
  2. "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.
  3. "Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  4. "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.