İlkin Ağaquliyev
İlkin Saməddin oğlu Ağaquliyev (4 oktyabr 2000, Dəvəçi – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.
İlkin Ağaquliyev | |
---|---|
İlkin Saməddin oğlu Ağaquliyev | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 oktyabr 2000(2000-10-04) |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2020(2020-10-16) (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Şabran Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
![]() |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Qoşun növü |
![]() |
Rütbəsi | Əsgər |
Döyüşlər | |
Təltifləri |
![]() ![]() |
Təhsili
Orta təhsilini Şabran şəhər 1 saylı tam orta məktəbdə almışdır. 2017-ci ildə Şabran şəhər 1 saylı tam orta məktəbi bitirmiş və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəznində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisası üzrə qəbul olmuşdur. Orta məktəbdə oxuduğu dövrdə isə Şabran musiqi məktəbinin 5 illik Qarmon ixtisası üzrə təhsil almışdır. Həmin dövrlərdə Cüdo idman növü ilə də məşğul olmuş və rayon və zona yarışlarında mükafatçı olmuşdur.
Hərbi Xidməti
İlkin Ağaquliyev 08.10.2018-ci ildə hərbi xidmətə yollanmışdır. 2020-ci ilin aprel ayında həqiqi hərbi xidməti başa vurmuş və Əlahiddə Həmlə Batalyonunda MAXE kimi hərbi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi [2] zamanı Suqovuşan uğrunda gedən döyüşlərdə öz şücaətini göstərərək qəhrəmancasına həlak olmuşdur.
18 oktyabr 2020-ci ildə Şabran Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlkin Ağaquliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[3]
Təltifləri və xatirəsi
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[4]
- "Suqovuşanın azad olunmasına görə" medalı (ölümündən sonra)[5]
- 2021-ci ilin yanvar ayının 8-də ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Qarabağ müharibəsində şəhid olmuş məzunların xatirəsini əbədiləşdirmək məqsədi ilə “Qəhrəmanlıq Zirvəsi” auditoriyası açılıb.[6]
İstinadlar
- "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). 08.12.2020. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 08.12.2020.
- "İkinci Qarabağ müharibəsi". 2022-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27.09.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Arxivlənmiş surət". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-11.
- "Azərbaycan Dövlət Pedaqoji Kollecində "Qəhrəmanlıq Zirvəsi" auditoriyası açılıb".
6 https://www.kakegurai.my.id/2022/01/10-tips-mendapatkan-persetujuan-google-ads.html?m=1