İli sultanlığı

İli sultanlığı, Tarançı sultanlığı və ya Qulca sultanlığı (1864-1881) – tarixi Şərqi Türkistan bölgəsinin İli diyarında, müasir Çinin Sincan-Uyğur muxtar rayonunun İli-Qazax muxtar dairəsinin ərazisində, Tzin imperiyası dönəmində Dunqan üsyanı zamanı mövcud olmuş və mərkəzi Qulca şəhəri olmuş dövlət.

Tarixi dövlət
İli sultanlığı
 
 
1864  1881

Paytaxt Külcə
Dilləri Uyğur dili
Rəsmi dilləri Uyğur dili
Dövlət dini islam
İdarəetmə forması Sultanlıq

Sultanlığın ərazisi 1871-ci ildən 1881-ci ilə qədər Rusiya İmperiyası tərəfindən işğal altında saxlanılmışdır.

Tarixi

1755-ci ildə Sin imperiyası İli diyarını Cemireç ərazisinə birləşdirilir. Bölgədə xanların sayının azlığı və buddizmin bölgədə tədricən azalmasından yaralanan urğurlar 1864-cü ildə uyğur-dunqan üsyanı baş verir. Üsyan gecə saatlarında iyunun 6-dan 7 keçən geçə baş verir. Üsyan Kuça şəhərində başlayır. Qısa müddət ərzində üsyan digər rayonlara yayılır.

1864-cü ilin sentyabrında UyğurlarDunqanlar İli diyarında üsyan qaldırırlar. Uyğurlara rəhbərlik hakim İli Abbdurasul-Bəy, Sadır Palvan və Alaxan Sultan dunqanlardan isə Açji Axun rəhbərlik edirdi. İlk əvvəllər hər iki tərəf müstəqil fəsliyyət göstərirdi. Sonradan iisə qüvvələr birləşdirilir. Uyğurların başında hakim Mazamzat bəy dururdu. O, sonradan sultanlığın ilk sultanı olur.

9 oktyabr tarixində üsyançılar Yeni Kulcu qalasına uğursuz həmlə təşkil edirlər. Sonradan 1865-ci ildə Bayanday qalasına hüçüm təşkil edilir.

Artıq 1866-cı ilin martında üsyançılar İli diyarının böyük hissəsini ələ keçirirlər. Bayanday, Kura, Suydun şəhərləri və Yeni Kulcu qalası onların əlinə keçir.

Uyğur-dunqan qarşıdurması

1866 ilin yayında İli diyarı ərazisi üsyançıların əliində cəmləşmişdi. Uyğurlarla dunqanlar arasında döyüşlər baş verir. Artıq 1867-ci ildə onlar arasında güçlü toqquşma baş verir. HNəticədə dunqanların rəhbəri olan Açji axun öldürülür.

İyunda Xivasa dunqanlara rəhbərliyə keçsədə döyüşdə məğlubiyyata uğrayır.

Bundan sonra uyğurların lideri Alaxan İli sultanlığının ilk sultanı seçilir.

Rusiya imperiyası ilə müharibə

Sultanlıq yarandığı gündən sərhədddə yerləşən Rusiya imperiyası ilə hecdə yaxşı olmayan münasibətlər yarnır. Ruslar qazaxların soyundan olan sultan Tazabekin sultanlıq ərazisində olmasını bəhanə edərək sultanlığın ərazisinə soxulur[1]. 1871-ci ildə rus qoşunları başda Qerasim Alekseeviç Kolpakovski sultanlığın ərazisinə soxulur. Döyüş nəticəsində sultanlığın qoşunları məğlub olur. 1300 mil² ərazi və 200,000 əhali rusların tabeçilinə keçir[2].

Peterburq anlaşması

20 oktyabr 1879-cu ildə Rusiya və Çin arasında Livad anlaşması imzalanır. Burada əsas məsələ rus çin səhədlərinin müəyyənləşdirilməsi və rus qoşunlarının İli diyarı ərazisindən çıxarılması olur.[3] Bununla belə bu anlaşma Çin imperatoru tərəfindən radifikasiya olunmur. Bu səbəbdən 12 fevral 1881-ci ildə yeni və tarixə Peterburq anlaşması kimi düşən anlaşma imzalanır. Bu anlaşma bir çox xüsusiyyətlərinə görə əvvəlki anlaşmaya bənzəyirdi[4]

İstinadlar

  1. "Василий Верещагин: Василий Верещагин. Китайская граница. Набег". 2014-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-27.
  2. "Россия и Китай в Центральной Азии(вторая половина XIX в. - 1917 гг.)" Arxivləşdirilib 2012-12-26 at the Wayback Machine, В.А. Моисеев, Барнаул: АзБука, 2003, ISBN 5-93957-025-9, Гл.5 "ОККУПАЦИЯ РУССКИМИ ВОЙСКАМИ ИЛИЙСКОГО КРАЯ В 1871 г."
  3. Дипломатический словарь, т.2, Москва, 1986, с. 143
  4. Дипломатический словарь, т.3, Москва, 1986, с. 376

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.