İlişdin
İlişdin — 1898-ci ildə çəkilmiş qısametrajlı bədii film.[2]
İlişdin | |
---|---|
| |
Janr | komediya |
Rejissor | Aleksandr Mişon |
Ssenari müəllifi | Aleksandr Mişon |
Operator | Aleksandr Mişon |
İlk baxış tarixi | 2 avqust 1898[1] |
Filmin digər adı | Tutuldun |
Filmin növü | qısametrajlı bədii film |
Dil | səssiz |
Texniki məlumatlar |
1 hissə 35 mm |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
IMDb | ID1440201 |
Məzmun
Kinosüjetdə Bakı şəhər bağında baş vermiş məzəli əhvalat öz əksini tapır.
Bakı. Şəhər bağı. Əlində günəş çətiri tutmuş zadəgan xanım gəlib skamyalardan birində oturur. Arxadan xanıma yaxınlaşan bir cibgir ehmallıca onun qolundan salladığı əl çantasından pulu götürmək istərkən möhkəm və ağır bir əl oğrunun qolundan yapışır. Bunu gözləməyən cibgir gözləri qorxudan bərəlmiş halda dönüb onu yaxalayan adama yazıq-yazıq baxır. Jandarm özündən razı halda gülümsəyir və cibgirə deyir: İlişdin.
Film haqqında
Kinosüjet Bakıda V.İ.Vasilyev-Vyatskinin teatr-sirkində avqustun 2-də axşam saat 21.00-da ayrıca proqramla nümayiş etdirilmişdir.
"İlişdin" kinosüjeti ilə Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.
Kinolent barədə məlumat "Kaspi qəzeti"ndə verilmişdir.
Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi", "Qafqaz rəqsi, "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Aleksandr Mişon
- Quruluşçu rejissor: Aleksandr Mişon
- Quruluşçu operator: Aleksandr Mişon
İstinadlar
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- İlk Azərbaycan filmləri: ["İlişdin", "Qafqaz rəqsi", "Arvad"] //Ekran efir.- 2008.- 1 avqust.- S. 19.
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
- Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu - 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.