İldırım Cəfərov

İldırım Şirin oğlu Cəfərov — Əməkdar aqronom.

İldırım Cəfərov
Doğum tarixi
Doğum yeri Ağdam
Azərbaycan Azərbaycan SSR
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri Ağdam
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan SSRAzərbaycan Azərbaycan
Uşaqları Svetlana Abbasova,Aybəniz Cəfərova,Eldəniz Cəfərov,Ceyhun Cəfərov,Afət Zeynalova,Zülfiyyə Cəfərova
Milliyyəti azərbaycanlı
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni (Azərbaycan SSR)
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni

Həyatı

23 fevral 1921-ci ildə Ağdam rayon Xındırıstan kəndində anadan olmuşdur.1929cu ildə Xındırıstan ibtidai məktəbinə getmiş,1937 ci ildə isə Paşabəyli kənd yeddiillik məktəbini bitirərək Stalin adına Ağdam Pedoqoji Məktəbinə qəbul olmuşdur.1939-cu ildə həmin məktəbi bitirərək Maarif nazirlyinin göstərişi ilə Ağcabədi rayonunun Salmanbəyli kənd məktəbinə göndərilərək müəllimlik fəaliyyətinə başlamışdır.1943-cü ildə orduya çağırılmışdır.1948-ci ildə Azərbaycan Pedoqoji İnstitutunun tarix fakültəsinin qiyabi şöbəsinə qəbul olmuş,institutu bitirdikdən sonra Xındırıstan kənd orta məktəbinin direktoru təyin edilmişdir.Layiqli müəllimlik fəaliyyətinin qiyməti olaraq "Qabaqcıl maarif xadimi" adına layiq görülmüşdür.Rayonda ve elecede respublikada sayılıb seçilən ağsaqqallardan olmuş İldırım Cəfərov neçə-neçə ictimai heyata atılmış gəncin məsləhət yeri olmuşdur,bu gündə onun tövsiyələri,məsləhətləri dillərdə səslənir.Rayon Ağsaqqallar şurasının sedri seçilmişdir və ömrünün sonunadək ictimai işlərdə,rayon tədbirlərində yaxından iştirak etmişdir.2004 cü il yanvarın 20-sində vəfat etmişdir.

Övladları Svetlana,Aybəniz,Eldəniz,Ceyhun,Afət və Zülfiyyə,14 nəvəsi,17 nəticəsi və 2 kötücəsi var.

Fəaliyyəti

1960-cı ildə Ağdam Rayon Partiya Komitəsinə çağırılır və o adlı-sanlı bir kəndin itmiş şöhrətinin özünə qaytarılması üçün Xındırıstan kəndinə kolxoz sədri təyin edilir.Onun fəaliyyətinin ilk dövrlərindən başlayaraq Xındırıstan kəndi sürətlə abadlaşır,çiçəklənirdi.Beləki kənddə Məişət xidməti evi,Xındırıstan kənd xəstəxanasının binası,ticarət mərkəzi,hamam binası,poçt binası,Xındırıstan ərazi nümayəndəliyinin binası,artezian quyularının istismarı idarəsinin binası,aptek,Texniki peşə məktəbinin binası,uşaq bağçası,od dəyirmanı,Xındırıstan kənd orta məktəbinin binası,qonaq evi,Böyük Vətən müharibəsibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə,Heydər bulağı və koperativ yaşayış evləri tikilərək əhalinin istifadəsinə verildi.

Mükafatları

Müxtəlif illərdə"1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Almaniya üzərində qələbə"medalı,"1941-1945-ci illər Böyük Vətən müharibəsində əmək rəşadətinə görə" medalı,Böyük Vətən müharibəsində qələbənin20 illiyi,30 illiyi,40 illiyi və 70 illiyi medalları,"Əmək veteranı"medalı,Üç dəfə "Qırmızı Əmək Bayrağı ordeni"liə,bir dəfə"Oktyabr İnqilabı"ordeni ilə təltif edilmişdir.Gəncə Kənd Təsərrüfatı Akademiyasının aqronomluq fakultəsini bitirmiş İldırım Cəfərov 1981-ci ildə respublikanın "Əməkdar aqronomu"fəxri adı verildi.1986-cı ildə isə "Lenin ordeni" ilə təltif edilir.

Ədəbiyyat

  • Baxşeyiş Abbasoğlu. Ömrün şöhrət tacı."Şuşa" nəşriyyatı-Bakı-2001-ci il-240səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.