İlanlı (kənd)

İlanlıİrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında kənd adı[1].[2]

Tarixi İrəvan quberniyası əraziləri
Şərur-Dərələyəz
Ümumi məlumatlar
Bölgə
Əsası qoyulub 1728
Ləğv edilib 1918

Tarixi

1728-ci ildən mə'lumdur[3] 1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.[4].

Toponimi

AzərbaycandaErmənistanda "ilan" komponentli çoxlu coğrafi adlar vardır. Azərbaycanda İlanlıdağ (Füzuli rayonu), İlanlı Güney (Kəlbəcər rayonu), İlanlı təpə (Ağdam rayonu, Aşağı Qərvənd k.), İlanlı dərə (Babək, Qazax, Gədəbəy, Masallı rayonları), İlanlı Qobu (İmişli rayonu), İlandağ (Naxçıvan), İlanqaya (Laçın rayonu) və b. Bu toponimlərdə "ilan" sözünün konkret mə'nalarını ayırd etmək çətindir. XIX əsrdə Qars əyalətinin Qars mahalında üç İlanlı kənd adı[5] ilə mənşəcə eynidir. İlanlı kəndin əsasını qoymuş tayfa adıdır. Bu tayfa qədim türkmənşəli Alan tayfasına bağlıdır. Şimali Qafqazda yaşayan qaraçayların və balqarların özünüadlandırmaları "Alan"dır. Ehtimal ki, alanlar eranın əvvəllərində hunların, ya da balqarların tərkibində gəlmişlər. Türkmənistanda Ersari tayfasının bir qolu İlanlar adlanır (orada Yılanlı və İlan dağ adı)[6] Azərbaycanda İlanlı (Şamaxı rayonu) kənd və İlandağ (Culfa rayonu) dağ adı ilə mənşəcə eynidir.

İstinadlar

  1. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  2. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Иланлы // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  3. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
  4. Qorqotyan Z. Sovet ermənistanın əhalisi 1831-931-ci illərdə. Yerevan. 1931 (ermənicə).
  5. Захарий Канакерци. Хроника. Пер. с арм. языка, М.Д.Дарбинян-Меликян. М.,. 1969.
  6. S.Atanıyazov. Göst.lüğəti.S.173.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.