İlandağ yaşayış yeri
İlandağ yaşayış yeri — Culfa rayonunun Gal kəndindən şimal-şərqdə, İlandağın şimal yamacında, sıldırım qayalarla əhatə olunmuş orta əsrlərə aid yaşayış yeridir. Yerli əhali arasında bu abidə "Nəbi qalası" adlandırılır. Abidədə 1991-ci ildə kəşfiyyat xarakterli tədqiqat işləri aparılmışdır.
Qalanın ətrafı möhrədən tikilmiş divarlarla əhatə edilmişdir. Mədəni təbəqənin qalınlığı 0,5 m – dən 1 m-ə çatır. Yerüstü materiallar əsasən gil qab qırıqlarından (çəhrayı rəngli küpə, kasa tipli qablar) ibarətdir. İlandağ yaşayış yerinin XI – XVIII əsrlərə aid olması güman edilir.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.