İlan adası döyüşü

İlan adası döyüşü (ukr. Атака на острів Зміїний) - Rusiyanın Ukraynanı istila etməsinin ilk günündə Rusiya Silahlı Qüvvələri ilə Ukrayna Silahlı Qüvvələri arasında Qara dənizdə yerləşən Zmeynıy adasında baş vermiş döyüş.

Rus-Ukrayna müharibəsi
Rusiyanın Ukraynanı istila etməsi
Qara dənizdə, Zmeynıy adasının yerləşdiyi mövqe.
Qara dənizdə, Zmeynıy adasının yerləşdiyi mövqe.
Tarix 24 fevral, 2022
Yeri Zmeynıy adası
Nəticəsi Ukrayna Silahlı Qüvvələrinin qələbəsi
Münaqişə tərəfləri

Rusiya Rusiya

Ukrayna Ukrayna

Tərəflərin qüvvəsi

Rusiya Silahlı Qüvvələri

Ukrayna Silahlı Qüvvələri

    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Arxa plan

    İlan adası havadan çəkilmiş ümumi görünüşü. (2008)

    Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan İlan adası inzibati cəhətdən Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir.[1] Rumıniyanın su sərhədlərinə yaxın ərazidə yerləşən ada uzun müddət RumıniyaUkrayna arasında fikir ayrılığına səbəb olmuş və tərəflərdən hər biri adanın özünə aid olduğunu elan etmişdir.

    Adanı əhatə edən ərazi suları 2004-cü ildən 2009-cu ilə qədər RumıniyaUkrayna tərəfindən növbəti dəfə mübahisələndirilmiş, o zaman Beynəlxalq Ədalət Məhkəməsi adanı əhatə edən suların Rumıniyaya verilməsi ilə bağlı qərar çıxarmışdır.[2]

    Ukrayna 2007-ci ildə İlan adasının yaşayış üçün əlverişli ada statusunu sübut etmək və mübahisədə əlini gücləndirmək üçün adanın yeganə yaşayış məntəqəsi olan Beloe qəsəbəsini salmışdır.[3] Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007-ci ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır.[4]

    2021-ci ilin avqustunda Ukrayna ətrafında Rusiya qüvvələri cəmləşdiyi bir vaxtda Ukrayna prezidenti Vladimir Zelenski adada mətbuat konfransı keçirdi və o, dedi: Bu ada, bütün ərazimiz kimi, Ukrayna torpağıdır və biz onu müdafiə edəcəyik. bütün gücümüzlə.[5]

    Hücum

    2022-ci ilin 24 fevral tarixində Rusiyanın Ukraynanı istila etməsinin ilk günündə[6] Ukrayna Dövlət Sərhəd Xidməti yerli vaxtla təxminən saat 18:00-da İlan adasının Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən hücuma məruz qaldığını elan etdi.[7] "Moskva" kreyseri və patrul kateri Vasili Bıkovun göyərtələrindən ada ağır atəşə tutuldu.[8] Rus hərbi gəmisi özünü təqdim etdikdən sonra Ukrayna əsgərlərinə təslim olmalarını əmr edir və əvəzində səsgücləndiricidən Rus döyüş gəmisi, dur s*k*d*r burdan (rus. Русский военный корабль, иди на хуй) formasında cavab alır.[9]

    İstinadlar

    1. "13 Ukraine soldiers tell Russia 'go f*** yourself' in defiant last stand". The Jerusalem Post. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
    2. "International Court of Justice: Maritime Delimitation in the Black Sea (Romania v. Ukraine)". 24 September 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 February 2009.
    3. Veselova, Viktoriya. "Острів, де планували деокупацію Криму: як виглядав Зміїний до війни з Росією". Radio Free Europe Ukraïna (ukrayna). 25 January 2022. 26 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2022.
    4. "Обсуждается вопрос строительства храма на острове Змеином в Чёрном море". Пресс-служба УПЦ. 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-04.
    5. "Ukraine soldiers tell Russia "go f*** yourself" before being killed in chilling audio". Newsweek. 2022-02-25. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-25.
    6. Зубкова, Даша. "Zmiinyi Island In Black Sea Attacked From Russian Ships - Border Service". Ukrainian News Agency. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 February 2022.
    7. "Ukrainian soldier deployed on Snake Island live streamed the moment a Russian warship opened fire on the Island. All 13 soldiers lost their lives". Twitter. @PokiRae_. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
    8. "Russian Navy Captures Ukraine's Outpost on Snake Island". The Maritime Executive. 24 February 2022. 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
    9. ""Русский корабль, иди на х.й!": захисники Зміїного відповіли ворогові" ["Russian ship, go on f.y!": Defenders of the Serpent responded to the enemy]. Українська правда (ukrayna). 25 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 February 2022.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.