İlan Ata

İlan Ata - türk və altay mifologiyasında ilan tanrı. Çılan (Zılan, Ilan, Yılan) Ata da deyilir. İlanların özündən törədiyi əfsanəvi varlıq.

Xüsusiyyətləri

Qara ilan olaraq təsvir edilir. Belindən aşağısı ilan, üst qisimi insandır. Fars mədəniyyətinin təsiri "Şahmaran" təbiriylə eyniləşdirilmişdir. Yerin yeddi qat altında yaşayır. Hər cür dərdə dərman tapa bilər. İlan bu səbəblə tibbin simvoludur. Bir çox dində insanoğlunu aldadaraq cənnətdən qovulmasına səbəb olan varlıq, ilan cildinə girmiş Şeytandır. Bəzən tek buynuzu vardır. Cüt buynuz necə universal nizamı (ziddlərin birliyini) simgeliyorsa tək boynuzda nizamsızlığı, əskikliyi, şeytanı varlığı təmsil edir. Qaranlıq dünyadakı varlıqlar həmişə tək buynuzlu, tək qollu, tək ayaqlı varlıqlardır. (Və ya tək ədədlər; üç ayaqlı at kimi ...) Şumerlerde Azag adlı böyük bir ilan vardır və Türk mədəniyyətindəki Aza adlı kötücül varlıqlarla da əlaqəli görünməkdədir.

Xalq inanclarında hər erenin öz ilanı olduğuna inanırdılar. Hər ocağın (təkkənin) öldürməsi günah olan bir ilanı vardır. Bəzi xalq əfsanələrində tilsimli ilanlardan söz edilər. Bu ilanların qarınının altını əli ilə üç dəfə sıvazlayan birinin hər şeyin sirrinə vaqif olacağına inanılar. İlan əti yeyən insan sehr gücünə qovuşar və təbiətin dilini anlamağa başlayır. Bu vəziyyət, ilanın müdrikliyine olan köhnə inancın izlərini daşıyır.

Ərbükə

Ərbükə, türk xalq inancında yarı insan, yarı ilan olan varlıqdır. Ərbökə də deyilir. Bu varlıqların başında İlan Ana və ya İlan Ata tapılar. Dişi olanları üçün "İşbükə" istifadə olunur. Bunlara Maran da deyilər.

Etimologiya

(İl/Yıl/Çıl) kökündən törəmişdir. "Yılmaq" türkcədə qorxmaq, çəkinmək deməkdir. Monqolcada eyni kökdən gələn Salda (köhnə monqol Sıldang) və köhnə türkcə Yalang isə çılpaq deməkdir. İlanın tüksüz olmasıyla bağlıdır.[1]

İstinadlar

  1. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) Arxivləşdirilib 2022-03-21 at the Wayback Machine  (türk.)

Həmçinin baxın

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.