İlan-qurbağa ev
İlan-qurbağa ev — Gəncə şəhərində qeyri-adi bir ev. Ona görə adlandırıblar ki, vaxtı ilə bu evin eyvanında ilan, qurbağa, əjdaha kimi heykəllər olub[1].
Girəcəyi məscidə bənzəyən bu evin eyvanında hələ də müxtəlif heykəllər var[1]. Ev sahibi Səmayə Babayeva heykəlləri düzəltməyə 1990-cı illərdən başlayıb[1]. Ancaq indi onların sayı əvvəlkindən azdır[1]. Heykəllərdən bir çoxunun rəngi solduğundan onlar ev sahibi tərəfindən eyvandan götürülüb. Səmayə xanım ixtisasca heykəltaraş deyil[1]. O, yalnız istedadı və həvəsi sayəsində bu heykəlləri yaradıb[1].
Həmçinin bax
İstinadlar
- Gəncənin qəribə və maraqlı evləri — FOTO. milli.az, 27.10.2013 (az.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.