İlahə Qasımova
İlahə Qasımova[1] (d. 14 oktyabr 1992; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. İlahə Qasımova, 2015-ci ildə baş tutan I Avropa Oyunlarında bürünc medal, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə gümüş medal qazanıb.
İlahə Qasımova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | İlahə İlqar qızı Qasımova |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Təhsili | |
İdman növü | Karate (Kumite) |
Həyatı
İlahə Qasımova 14 oktyabr 1992-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.
Karyerası
İlahə Qasımova, 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. -55 kiloqram çəki dərəcəsində çıxış edən İlahə Qasımova, bürünc medal uğrunda görüşdə, İspaniya nümayəndəsi Kristina Ferrer Qarsiyanı 5:2 hesabı ilə məğlub etdi və I Avropa Oyunlarının bürünc medalına sahib oldu.
Bu uğuruna görə İlahə Qasımova, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edildi.
İlahə Qasımova, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -55 kiloqram çəki dərəcəsində çıxış edən İlahə Qasımova, finalda görüşündə, Misir nümayəndəsi Yassmin Attiaya 2:3 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
İstinadlar
- "IV İslam Həmrəyliyi Oyunları - Karate yarışlarının idmançıları" (PDF). www.baku2017results.azureedge.net. 2017-09-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 20 sentyabr 2017.