İkirəng hamarburun

İkirəng hamarburun (lat. Vespertilio murinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin hamarburun cinsinə aid heyvan növü.

İkirəng hamarburun
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Klad:
Olfactores
Yarımtip:
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Klad:
Euteleostomi
Klad:
Klad:
Rhipidistia
Klad:
Tetrapodomorpha
Klad:
Eotetrapodiformes
Klad:
Elpistostegalia
Klad:
Stegocephalia
Sinifüstü:
Klad:
Reptiliomorpha
Klad:
Amniota
Klad:
Theriimorpha
Klad:
Theriiformes
Klad:
Trechnotheria
Klad:
Cladotheria
Klad:
Prototribosphenida
Klad:
Zatheria
Klad:
Tribosphenida
Yarımsinif:
İnfrasinif:
Maqndəstə:
Boreoeutheria
Dəstəüstü:
Klad:
Scrotifera
Dəstə:
Yarımdəstə:
Yangochiroptera
Fəsiləüstü:
Vespertilionoidea
Fəsilə:
Növ:
İkirəng hamarburun
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  632159
NCBI  59485
EOL  326348
FW  104146

Xarici görünüşü

Bədənin uzunluğu 54–60 mm, bazu sümüyünün uzunluğu isə 41–48 mm-dir. Başı qısa və enlidir. Qulaqları (14–16,5 mm) qısa, enli və qalın dərilidir. Qulaq seyvanlarının arxa kənarı aşağı tərəfdən dairəvi şəkildə genişlənərək xaricə çevrilmişdir. Qulağın dəri çıxıntısı ortadan az nəzərə çarpacaq dərəcədə genişlənmişdir. Dişilərdə bir və ya iki cüt əmcək vardır. Bədənin üst tərəfi iki (qara və yaşılımtıl-kürən) rəngdədir. Tüklərin ucundakı açıq rəng ona azacıq gümüşü alabəzəklik verir. Bədənin alt tərəfindəki açıq rəngli uzun tüklər tünd rəngli tükləri örtdüyünə görə həmin hissənin ümumi fonu açıq, sarımtıl-boz və ya açıq noxudu rəngdə görünür. Boğazın və bədənin yanlarının rəngi isə tam ağdır.

Yayılması

Arealı çox geniş olub, İngiltərədən Sakit okean sahillərinə qədər uzanır. Şimal sərhəddi bəzi yerlərdə 60 dərəcə şimal en dairəsinə qədər çatır. Cənubda arealı İranHimalayın şimal-qərbinə və Şərqi Çinə çatır.

Azərbaycanda tək–tək fərdləri Böyük Qafqazda, Talışda və Kür-Araz ovalığı daxil olmaqla 9 məntəqədə tapılmışdır. Şərq vilayətlərinin arid landşaftlarına (7 tapıntı) meyl edir. Görünür, bizə Xəzəryanı boyunca şimaldan qışlamaya uçub gəlir (yayda aşkar edilməmişdir).

Yaşayış yeri və həyat tərzi

Həm meşələrdə, həm də açıqlıq ərazilərdə təsadüf edilir. Dəniz səviyyəsindən 300 m-dək yüksəkliklərə qalxırlar. Ağac koğuşları, çardaqlar, divarların tökülmüş yerlərindəki boşluqlar, qaya yarıqları və s. yay sığınacaqları kimi istifadə olunur. Bəzən digər yarasalarla birlikdə ümumi sığınacaqlarda da rast gəlinirlər. Balavermə və balaları yemləndirmə dövründə dişilər 40–50 fərddən ibarət koloniya şəklində yaşayırlar. Həmin dövrdə erkəklər tək və ya kiçik qruplar şəklində yaşayır. Dişi iyunda 2, bəzən də 1 bala doğur. Balalar sərbəst yaşamağa başlayandan sonra koloniyalar dağılır. Uçuşları sürətli və cəlddir. Bütün gecəni sübhçağına qədər ov edirlər. Ağaclar arasında qida axtarırlar.

Qışlama yerləri məlum deyildir. Tək-tək fərdlərin Qırğızıstan ərazisində qışlaması məlumdur.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.