İkinci dünya müharibəsi Zəfər medalı
İkinci dünya müharibəsi Zəfər medalı (ing. World War II Victory Medal) — İkinci dünya müharibəsi illərində ABŞ Konqresi tərəfindən 6 iyul 1945-ci ildə təsis edilən medal.
İkinci dünya müharibəsi Zəfər medalı | |
---|---|
World War II Victory Medal | |
|
|
|
|
Ölkə | |
Tip | Hərbi xidmət |
Kimə verilir | 1941-1946-ci illərdə ABŞ ordusuna xidmət verənlər |
Status | verilmir |
Statistika | |
Təsis tarixi | 6 iyul 1945 |
İlk təltif |
|
Son təltif |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
İlk zamanlarda medal əvəzinə "Zəfər lenti" adı ilə lent kimi verilmişdir. 1946-cı ildə medal yaradılmışdır. Mükafat 7 dekabr 1941 – 31 dekabr 1945 tarixlərində Filippində xidmət verənlər də daxil olmaqla ABŞ ordusuna xidmət verən hər hansı nəfərə verilə bilərdi.
Buna uyğun medal Birinci dünya müharibəsində verilən Birinci dünya müharibəsi Zəfər medalıdır.
İkinci dünya müharibəsində fəaliyyət göstərn ticarət gəmiləri üçün 8 avqust 1946-cı ildə ayrıca mükafat təsis edilmişdir.
Kriteriya
Mükafat 7 dekabr 1941 – 31 dekabr 1946 tarixlərində orduya xidmət verənlərə aiddir. Milli Kadr Qeydiyyat Mərkəzi bir neçə gün xidmət verməklə bu mükafatı qazanmağın kriteriyalarını açıqlamışdır. 2 sentyabr 1945-ci ildə İkinci dünya müharibəsi bitsə də, 1946-cı ildə də bu mükafatı almaq mümkün idi. Bunun səbəbi ABŞ prezidenti Harri Trumenin 1946-cı ilin sonlarına qədər hərbi əməliyyatları dayandırmamasıdır.