İkinci Zobucuq

İkinci ZobucuqFüzuli rayonunun eyniadlı inzibati ərazi dairəsi tərkibində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı ilə Füzuli rayonunun ərazisində yeni salınmış qəsəbə İkinci Zobucuq qəsəbəsi adlandırılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. İkinci Zobucuq qəsəbəsi mərkəz olmaqla İkinci Zobucuq qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır.[2]

İkinci Zobucuq
39°32′22″ şm. e. 47°24′32″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 13 iyun 2008
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.982 nəf. (dekabr 2019)
Rəqəmsal identifikatorlar
Telefon kodu 994 26
Nəqliyyat kodu 19
İkinci Zobucuq xəritədə
İkinci Zobucuq
İkinci Zobucuq

Əhalisi

Qəsəbədə Qarabağ müharibəsi zamanı evlərini tərk etmiş məcburi köçkünlər məskunlaşdırılıb.

2019-cu ilin dekabrına olan məlumata görə 2 saylı Zobucuq qəsəbəsinin ümumi əhalisi 1982 nəfərdi. Qəsəbədə 9 şəhid ailəsi, 19 Qarabağ müharibəsi əlili vardır.[3]

İqtisadiyyatı

Qəsəbədə torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.

Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları həll olunub.

Təhsil

İkinci Zobucuq qəsəbəsində 288 nəfərlik məktəb binası tikilib istifadəyə verilmişdir.[4]

Qəsəbədə "27 № li tam orta məktəb" fəaliyyət göstərir.[5]

İstinadlar

  1. "İnzibati ərazi bölgüsü təsnifatı: FÜZULİ RAYONU" (az.). azstat.org. 2020. 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
  2. "Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli, 643-IIIQ saylı Qərarı". 2023-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-11.
  3. Füzuli RİHB Alı Alıyev 2 saylı Zobucuq qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirib
  4. Kürdəmir Regional Mədəniyyət İdarəsi. "Region haqqında: Təhsil: Füzuli" (az.). kurdamir.mctgov.az. 2020. 2020-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-18.
  5. "Füzuli rayonu: Ümumtəhsil məktəbləri" (az.). fuzuli.edu.gov.az. 2020. 2020-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.