İkinci Yeddioymaq

İkinci YeddioymaqAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Yaşayış məntəqəsi XIX əsrin sonlarında Yeddioymaq (indiki Birinci Yeddioymaq) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Birinci və ikinci komponentləri eyniadlı iki kəndi bir-birindən fərqləndirməyə xidmət edir.[1]

İkinci Yeddioymaq
38°59′27″ şm. e. 48°45′27″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
İkinci Yeddioymaq xəritədə
İkinci Yeddioymaq
İkinci Yeddioymaq

Əhalisi

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Yeddioymaq kəndində 124 evdə 462 nəfəri kişilər, 415 nəfəri isə qadınlar olmaqla 877 nəfər şiə təriqətli müsəlman azərbaycanlılar[2] yaşayırdı.[3] Kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi.[3]

Tanınmış şəxsləri

Sucəddin Mirzəyev Qiyas oğlu — azərbaycanlı aktyor, respublikanin əməkdar artisti

İstinadlar

  1. Azərbaycan toponimlərinin Ensiklopedik lüğəti I cild, Bakı “Şərq-Qərb”, 2007
  2. Qeyd: mənbədə şahsevənlər
  3. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37

Tarixi məlumat

«Daha bir tayfalar qrupu, Yeddi-Oymaq birliyi, ortaq mənşə ənənəsinə malikdir. Hal-hazırda Muğanda kəndli olan, Bəydili başçısının mənə dediyinə görə, bir vaxtlar buralarda [adından da göründüyü kimi] yeddi tirədən ibarət Yeddi-Oymaq tayfası varmış, o, onları belə sadaladı: Bəydili, Homunlu, Eyvatlı, Hacı-Xocalı, Qaballı, İnallı, Arablı; bunların hamısı indi Şahsevən tayfalarıdır, hərçənd o, bunların mənşəi haqqında heç nə bilmirdi. Bir sıra 19-cu yüzil qaynaqları Bəydililəri Azərbaycanın quzey-doğusunda Şahsevənlərlə birlikdə ancaq ayrıca qeyd edər ikən, bu adın digər qruplarına əskidən bəri İranın bir çox yerində rast gəlinir. İlkin Oğuz-Türkman boylarından biri Bəydili olmuşdur ki, bunlar da 14-cü yüzildə Suriya və Anadoluya köçmüşlər və buralarda onların bir çox hissəsi hələ də qalmışdır. Bir qolu daha sonra, Qızılbaş Şamlu tayfasının tərkib hissəsi kimi İrana gəlmiş və bir çox önəmli Səfəvi idarəçisi ilə təmin etmişlər, özəlliklə də I Şah Abbas dönəmində. "Tarixi-aləm arayi-Abbasi"də çoxsaylı Bəydili şəxsiyyətlərinə istinadlar içində biz, Şamlu əsilzadələrindən birinin, Kərkükdə Tavuqda yaşamış və öz tərəfdarları ilə birlikdə, Şah Abbasın Bağdada birinci yürüşündə [1623] Şahsevən olmuş, özünü Şaha təqdim etmiş, Sultan rütbəsini almış və Azərbaycan torpaqlarında bir sıra vəzifələr icra etmiş Gündoğmş Sultan Bəydili olduğunu öyrənirik.»

Richard Tapper ― Shahsevan in Safavid Persia (1974)

______________________________________________________

Richard Tapper burada "Azərbaycan" deyərkən Güney Azərbaycanı nəzərdə tutur, söhbət etdiyi Muğanlı Şahsevən də yenə o taylıdır. Ancaq Şahsevənlər bilindiyi kimi, Quzey Azərbaycan ərazisində də yaşamışlar və bir çox kəndlərimizin adı Şahsevənlərlə bağlıdır. Şəkildə gördüyünüz Masallı ərazisindəki Yeddi Oymaq kəndləridir. Əskidən bəri Şahsevənlərə yurd olmuş Masallı ərazisindəki bu kənd də Şahsevən elindəndir. Alman əsilli Rus etnoqrafı Nikolay Zeydlitsin "Qafqaz Kalendarı"nın 1871-ci il üçün buraxılışında yazdığına əsasən Yeddi Oymaqdakı Şahsevənlər hələ Talış Xanlığı Rusiyaya birləşdirilmədən öncə burada oturaq həyata keçmişdilər. Köçəri Şahsevənləri isə Ruslar 1884-cü ildə silah zoru ilə Muğandan çıxarmışdılar.

http://turcica-turkomanica.blogspot.md/2014/09/yeddi-oymaq.html

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.