İkinci Milli

İkinci MilliAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Milli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sınıqkilsə kənd Sovetindən İkinci Milli kəndi Birinci Milli kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

İkinci Milli
Ölkə

Toponimikası

Yaşayış məntəqəsi XIX əsrin sonunda Milli (indiki Üçüncü Milli) kəndindən ayrılmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin birinci komponenti fərqləndirici xüsusiyyətə malikdir. İkinci komponent isə etnotoponimdir.[2] 1920-ci illərdə İkinci Milli kəndindən ayrılmış ailələr Birinci Milli kəndini salmışlar.[3]

Coğrafiyası və iqlimi

Kənd Tərtərçayın sahilində, Qoçdaş dağının yamacında yerləşir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.