İkinci Aşıqlı
İkinci Aşıqlı — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Beyləqan rayonunun İkinci Aşıqlı kəndi Eyvazalılar kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla İkinci Aşıqlı kənd Soveti yaradılmışdır.[1]
İkinci Aşıqlı | |
---|---|
39°51′00″ şm. e. 47°39′18″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsi keçmiş Aşıqlı (indiki Birinci Aşıqlı) kəndindən çıxmış ailələrin burada məskunlaşması nəticəsində yaranmışdır. Oykonim Şahsevənlərin aşıqlı tirəsinin adını əks etdirir.[2]
Tarixi
Kəndin əsası 1949-cu ildə qoyulmuşdur. Kənd əhalisi o dövrdə heyvandarlıqla məşğul olmuş, yayda Kəlbəcər ərazisində yaylaqda, payızda isə indiki ərazilərdə qışlaqda yaşamışdır. Oturaq həyata keçəndən sonra bölünüb iki kənddə məskunlaşmışlar — Birinci Aşıqlı və İkinci Aşıqlı kəndləri.
Əhalisi
Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
Coğrafiyası və iqlimi
Kənd Mil düzündə yerləşir.
İstinadlar
- "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
- İkinci Aşıqlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.