İkinci Çin–Yaponiya müharibəsi

Çin–yapon müharibəsi — 1937–1945-ci illər arası Çin və Yaponiya arasında baş vermiş münaqişə.

İkinci Çin–Yaponiya müharibəsi
Tarix 2 sentyabr 1945
Yeri
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Çinlilər 33 milyona qədər itki verdilər (hərbi və mülki), yaponlar isə 3 milyona yaxın itki verdilər.

    Çin və Yaponiya arasında münaqişə

    Sakit okean cəbhəsi Şurasına üzv ölkələrin dövlət başçıları, 12 oktyabr 1942-ci il

    1937-ci ildən Yaponiya Mancuriyaya nəzarət edirdi və Çinin içərilərinə doğru hərəkət etməyə hazır idi. 1937-ci ilin 7 iyulunda baş vermiş Marko Polo körpüsündəki hadisə, ÇinYaponiya arasında irimiqyaslı müharibəyə səbəb oldu. Homindançıkommunist çinlilər vətəndaş müharibəsini dayandırdılar və yapon işğalına qarşı vahid cəbhədə birləşdilər. SSRİ, bu müharibədə Çin qüvvələrinə hərbi yardım etmişdi. Yaponlar Şanxay, NankinUxanda mühüm hərbi qələbələr qazandı, lakin dünya ölkələri, əsas da ABŞ xüsusilə Panay hadisəsinə görə Yaponiyanın təcavüzkar siyasətini pislədi.

    1939-cu ildə yaponlar, SSRİ-ni Uzaq Şərqdən, xüsusilə də Mancuriyadan çıxarmağa çalışırdılar. Onlar, Marşal Georgi Jukovun rəhbərliyi altındakı sovet və monqol hərbi qüvvələri tərəfindən Xalxin-Qol döyüşündə məğlub edildilər. Bu şimala olan yapon hücumunu və SSRİ-nin Almaniyaya qarşı müharibənin əvvəlində Sovet-Yapon bitərəflik paktının imzalanmasının nəticəsi kimi Çinə edilən yardımını dayandırdı.[1]

    1940-cı ilin sentyabrında Yaponiya Vişi Fransası tərəfindən nəzarət edilən Hind-Çin istiqamətindən Çinin əsas ərazilərini tutaraq, onun dünya ilə əlaqəsini kəsdi. Yaponlar, Vişi hökuməti ilə olan sazişlərini pozdular və öz məqsədlərinə çatdılar. 27 sentyabrda Yaponiya, Almaniyaİtaliya ilə hərbi müttəfiqlik barədə müqavilə imzaladı. ABŞ, YaponiyaAlmaniya arasında olmuş gizli diplomatik yazışmanı bilənə, yəni 1944-cü ilə qədər bu ölkələrin az olsa da, əlaqələri var idi.[2]

    1941-ci ildən münaqişə zəifləmişdi. Baxmayaraq ki, Yaponiya Çinin şimal, mərkəzi və sahilyanı ərazilərinin çox hissəsini işğal etmişdi, lakin Homindan hökuməti Çinin içərilərinə doğru geri çəkilmişdi. Eyni zamanda, Çinin şimal və mərkəzi hissələrinin yaponlar tərəfindən nəzarət olunması bir az seyrək idi, belə ki Yaponiya adətən dəmiryollarına və əsas şəhərlərə nəzarət edirdi, lakin geniş Çin vilayətlərində əsas hərbi və inzibati idarələr yox idi. Yaponlar, cənub-qərbi Çində dağlara çəkilən Çin ordusuna və kommunist çinlilərin şimali və şərqi Çində formalaşdırdığı partizan hərəkatına qarşı mübarizə aparırdılar.

    Yaponiya, bir neçə kukla dövlətlər qurmuşdu və bunlardan biri də Vanq Cinqveyin rəhbərlik etdiyi hökumət idi, halbuki Çin əhalisinə qarşı zalım siyasətləri bu hökumətlərə hər hansı real güc gətirmədi və bir neçə rəqib hökumətlər Çan Kayşinin rəhbərliyi ilə Homindan hökuməti tərəfindən məğlub edildi. Çinli kommunisthomindançı hərbi qüvvələrin düşmən xəttləri arxasında ərazi nəzarəti üçün mübarizələri, 1941-ci ilin yanvarında mühüm hərbi toqquşma ilə əməkdaşlıqlarının bitməsinə səbəb oldu.[3]

    Chongqing şəhəri bombalandıqdan sonra, iyun 1941-ci il

    Yaponlar Şanxay, UxanChongqing kimi Çin şəhərlərini bombalamış və 1938-ci ilin fevralından 1943-cü ilin avqustuna qədər 5000-ə yaxın hava reydləri həyata keçirmişdilər. Yaponiyanın intensiv olaraq Çin şəhərlərini bombalaması 260.000–350.934 nəfər dinc insanın ölümünə səbəb olmuşdu.[4][5]

    İstinadlar

    1. Edward J. Drea, Nomonhan: Japanese-Soviet Tactical Combat, 1939 (2005)
    2. Boyd, Carl. Hitler's Japanese confidant: General Ōshima Hiroshi and MAGIC intelligence, 1941–1945 (1993)
    3. Fairbank, John King; Goldman, Merle. China: A New History. Harvard University Press. 1994. səh. 320. ISBN 0-674-11673-9.
    4. Lind Jennifer M. (2010). "Sorry States: Apologies in International Politics Arxivləşdirilib 2016-12-09 at the Wayback Machine". Cornell University Press, p.28. ISBN 0-8014-7628-3
    5. R.J. Rummel. China's Bloody Century: Genocide and Mass Murder Since 1900. Transaction Publishers. August 31, 2007.
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.