İkicərgə taksodium
İkicərgə taksodium (lat. Taxodium distichum) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin taksodium cinsinə aid bitki növü.
İkicərgə taksodium | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Gymnosperms Şöbə: Pinophyta Sinif: Yarımsinif: Cupressidae Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: İkicərgə taksodium |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Şimali Amerikada təbii halda bitir. Hündürlüyü 30–35 m-ə çatan, dekorativ ağacdır. Hər il qışda iynəyarpaqlarını tökən bu ağac sonradan özünəməxsus çətir əmələ gətirir. Yarpaqları xətvarı-neştərvarı və ya ensiz-xətvarıdan qabıqşəkilliyə qədər, tək, çox vaxt cod və iynəli, əsasən spiral yerləşmiş, bəzən qarşılıqlı, bir damarcıqlıdır. Qabıqların aşağı kənarları qalın və ya dişciklidir. Strobilləri bir evli, erkək strobilləri-xırda, ucda və ya qoltuqda, mikrosporofilləri spiral şəklində yerləşir. Rüşeymi 2-9 ləpəlidir. Erkək sünbülcükləri 15 sm uzunluğunda olub, salxım formasındadır. Hər sünbülcükdə 3-8 tozcuq olur. Dişi sünbülcükləri yumrudur, budaqların ucunda tək-tək yerləşirlər. Toxumları ensiz qanadlıdır, uzunluğu 15 mm-ə qədər, üç hissəli çox qalın, oduncaqlı qabıqlıdır. Toxum pulcuqlarında 2 yumurtacıq olur. Qozaları birinci il yetişir, tünd-qonur, şarşəkillidir. Qozaların uzunluğu 3 sm-ə çatır, formaca yumru və ya uzunsovdur.
Zəif boy atır, uzunömürlüdür. İşıqsevən, şaxtaya davamlıdır, rütubətli, gilli, qumlu, az çimləşmiş torpaqlara davamlı, əhəngli torpaqlara, davamsızdır. Balakən və Zaqatala rayonlarında yaxşı böyüyüb boy atır. Bakıda Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Azərbaycanın bir çox subtropik iqlimli bölgələrində mədəni şəraitdə becərilir. Tək-tək, qrupla əkmək və xiyabanlar salmaq üçün istifadə edilir.
Sinonimləri
- Cuprespinnata disticha (L.) J. Nelson
- Cupressepinnata disticha (L.) J.Nelson
- Cupressus americana Catesby ex Endl.
- Cupressus disticha L.
- Cupressus disticha var. nutans Aiton
- Cupressus disticha var. patens Aiton
- Cupressus laeta Salisb.
- Cupressus montezumae Humb. & Bonpl. ex Parl.
- Glyptostrobus columnaris Carrière
- Schubertia disticha (L.) Mirb.
- Taxodium ascendens var. nutans (Aiton) Rehder
- Taxodium ascendens f. nutans (Aiton) Rehder
- Taxodium denudatum Carrière
- Taxodium distichum f. confusum E.J.Palmer & Steyerm.
- Taxodium distichum var. distichum
- Taxodium distichum subsp. nutans (Aiton) A.E.Murray
- Taxodium distichum var. nutans (Aiton) Sweet
- Taxodium distichum var. nutans Carrière
- Taxodium distichum var. patens (Aiton) Sweet
- Taxodium distichum f. pendens Rehder
- Taxodium distichum f. pendulum-elegans Beissn.
- Taxodium distichum f. pendulum-novum P.Sm. ex Beissn.
- Taxodium knightii K.Koch
- Taxodium pyramidatum Beissn.
- Taxodium sinense Nois. ex Gordon[1]
Növləri
- Taxodium distichum var. imbricatum (Nutt.) Croom
İstinadlar
- İkicərgə taksodium:''The Plant List saytında takson barədə məlumat. (ing.)