İkicütayaqlılar


İkicütayaqlılar və ya diplopodlar (lat. Diplopoda) — Buğumayaqlılar tipinin çoxayaqlılar yarımtipinə aid sinif.

İkicütayaqlılar
Elmi təsnifat
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Aləm:
Yarımaləm:
Klad:
ParaHoxozoa
Klad:
Nephrozoa
Tipüstü:
Ranqsız:
Ranqsız:
Tactopoda
Klad:
Mandibulata
Yarımtip:
???:
İkicütayaqlılar
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  154409
NCBI  7553
EOL  348
FW  57323

12000-ə yaxın növü məlumdur.

Təsnifatı

  • Helminthomorpha yarımsinfiPocock, 1887
    • Callipodida dəstəsi Bollman, 1893
    • Chordeumatida dəstəsi Koch, 1847
    • Julida dəstəsi Brandt, 1833
    • Platydesmida dəstəsi DeSaussure, 1860
    • Polydesmida dəstəsi Pocock, 1887
    • Polyzoniida dəstəsi Gervais, 1844
    • Siphoniulida dəstəsi Cook, 1895
    • Siphonophorida dəstəsi Hoffman, 1980
    • Spirobolida dəstəsi
    • Spirostreptida dəstəsi
    • Stemmiulida dəstəsi Pocock, 1894
  • Penicillata yarımsinfi Latreille, 1831
    • Polyxenida dəstəsi Lucas, 1840
  • Pentazonia yarımsinfi Brandt, 1833
    • Glomerida dəstəsi Leach, 1814
    • Glomeridesmida dəstəsi Latzel, 1884
    • Sphaerotheriida dəstəsi Brandt, 1833

Quruluşu

Bədənləri nisbətən uzun, yastıvari, silindrik kürəvari və ya qabarıq qövsşəkilli olub uzunluğu bir neçə mm-dən 10-20 sm-ədək olur.Ayaqların sayı 12 cütdən (fırçaquyruqlularda), 375 cütədək (tropik əslqırxayaq - Illacme plenipes) dəyişir. Birinci seqment ayaqsızdır. İkinci və dördüncü seqment bir cütbədənin hər seqmentində 2 cüt, yerdə qalan seqmentlər 2 cüt ayaq daşıyır. Bədənləri kalsium və karbohidratla zəngin olan qalxanla örtülmüşdür. Yan hissələrində müdafiə mayesi ifraz edən vəzlər vardır.

Diplopodların baş hissəsi bir-birinə bitişmiş akron və 3 ədəd baş seqmentindən ibarətdir. Dördüncü baş (boyun) seqmenti sərbəstdir. Diploidlərin baş hissəsi antena və 2 cüt çənə (mandibula və qnatohilari) ibarətdir. Qnatohilari alt çənə funksiyasını ödəyir, qidanı ağıza yönəldir. Baş hissədə, bığcıqların yan hissələrində sadə gözlərin məcmusu, yalançıfasetli gözlər yerləşir.

Diplopodların baş hissəsi bir-birinə bitişmiş akron və 3 ədəd baş seqmentindən ibarətdir. Dördüncü baş (boyun) seqmenti sərbəstdir. Diploidların bədəninin sonunda anal hissə - telson vardır. Erkək fərdlərdə dəyişilmiş cinsiyyət ayaqları (qonopodlar) vardır. Qonopodlar bədənin birinci və səkkizinci seqmentlərində yerləşir.

Tənəffüs sisteminin əsasını traxeyalar təşkil edir. Hər bir diplosomitdə 2 cüt, bədənin birinci seqmentində isə bir cüt stiqma (tənəffüs dəliyi) yerləşir. Qan-damar sistemi açıq tiplidir. Diploidların ürəyi uzunsov və çox kameralıdır. Ürək kameralarının sayı bədən seqmentlərinin sayı qədərdir. Diplopodlar müxtəlifcinslidirlər. Bir cüt cinsiyyət dəliyi ikincibədən seqmentində yerləşir. Mayalanma spermatofor tiplidir. Erkək fərdin ifraz etdiyispermatofor qabaq cinsiyyət ayaqları vasitəsilə tutulur, hərəkət ayaqları vasitəsilə səkkizinci seqmentdəki arxa cinsiyyət ayağına ötürülür. Cütləşmə zamanı erkək spermatoforu dişi fərdin cinsiyyət dəliyinə ötürür.

Bütün diplopodlarda inkişaf anamorfoz tiplidir. Yumurtadan çıxan sürfələrdə ayaqların dayı 3 cüt, seqmentlərin sayı natam olur. İkicütayaqlıların əksəriyyəti saprofaq olub torpaqdakı bitki qalıqları ilə qidalanır. Az miqdarda növlər canlı bitkilərlə qidalanır.Bu qrupun ən geniş yayılmış nümayəndələri (Julida dəstəsi) qırxayaqlardır.

Diploidların bədəninin sonunda anal hissə - telson vardır. Erkək fərdlərdə dəyişilmiş cinsiyyət ayaqları (qonopodlar) vardır. Qonopodlar bədənin birinci və səkkizinci seqmentlərində yerləşir.

Tənəffüs sisteminin əsasını traxeyalar təşkil edir. Hər bir diplosomitdə 2 cüt, bədənin birinci seqmentində isə bir cüt stiqma (tənəffüs dəliyi) yerləşir. Qan-damar sistemi açıq tiplidir. Diploidların ürəyi uzunsov və çox kameralıdır. Ürək kameralarının sayı bədən seqmentlərinin sayı qədərdir.[3]

Çoxalması

Diplopodlar müxtəlifcinslidirlər. Bir cüt cinsiyyət dəliyi ikincibədən seqmentində yerləşir. Mayalanma spermatofor tiplidir. Erkək fərdin ifraz etdiyispermatofor qabaq cinsiyyət ayaqları vasitəsilə tutulur, hərəkət ayaqları vasitəsilə səkkizinci seqmentdəki arxa cinsiyyət ayağına ötürülür. Cütləşmə zamanı erkək spermatoforu dişi fərdin cinsiyyət dəliyinə ötürür.

Bütün diplopodlarda inkişaf anamorfoz tiplidir. Yumurtadan çıxan sürfələrdə ayaqların dayı 3 cüt, seqmentlərin sayı natam olur.

  • İkicütayaqlıların əksəriyyəti saprofaq olub torpaqdakı bitki qalıqları ilə qidalanır. Az miqdarda növlər canlı bitkilərlə qidalanır.Bu qrupun ən geniş yayılmış nümayəndələri (Julida dəstəsi) qırxayaqlardır.

Xarici keçidlər

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.