İki yoldaş (film, 1934)
İki yoldaş — Rejissor Aleksandr Makovskinin filmi.
İki yoldaş | |
---|---|
Janr |
dram macəra uşaq |
Rejissor | Aleksandr Makovski |
Ssenari müəllifi | Anna Yan |
Operator | İvan Manakov |
Rəssam | G.Əliyev |
İstehsalçı | Azdövlətkinosənaye |
İlk baxış tarixi | 1934 |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 13,5 dəq. |
Ölkələr | SSRİ |
Dil | səssiz |
Texniki məlumatlar |
2 hissə 365 metr |
Rəng | ağ-qara |
Məzmun
Film uşaqlara həsr olunmuşdur. Kinoplakatda Petka və Artyuşa adlı iki dost haqqında söhbət gedir. Valideynləri bu uşaqları düşərgəyə buraxmırlar. Onlar günlərini şəhərin küçələrində keçirərək həyatlarını təhlükə altında qoyurlar.
Haqqında
Film Rusiya Dövlət Kino Arxiv Fondunda idi. 2011-ci ildə Azərbaycan Film Fonduna göndərilmişdir.[1]
Filmin heyəti
Filmin üzərində işləyənlər
- Ssenari müəllifi: Anna Yan
- Quruluşçu rejissor: Aleksandr Makovski
- Quruluşçu operator: İvan Manakov
- Quruluşçu rəssam: G.Əliyev
- Operator assistenti: Leonid Koretski
İstinadlar
- “İki yoldaş” Azərbaycan Film Fonduna göndərilib: Adıçəkilən uşaq filmi indiyə kimi Rusiya Dövlət Kino Arxiv Fondunda idi //Azərbaycan.- 2011.- 9 yanvar.- S. 4.
Mənbə
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.- səh. 120.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 32.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.