İki nəfərlik vağzal (film, 1982)

"İki nəfərlik vağzal" (rus. Вокзал для двоих) — rejissor Eldar Ryazanovun filmi.

İki nəfərlik vağzal
rus. Вокзал для двоих
Janr melodram
Rejissor Eldar Ryazanov
Ssenari müəllifləri Emil Braginski
Eldar Ryazanov
Baş rollarda Lüdmila Qurçenko
Oleq Basilaşvili
Operator Vadim Alisov
Bəstəkar Andrey Petrov
Rəssam Aleksandr Borisov
İstehsalçı "Mosfilm" kinostudiyası
Distribütor Mosfilm, Netflix
İlk baxış tarixi 11 fevral 1983[1], 8 may 1983[1], 28 oktyabr 1983[1], 3 noyabr 1983[1], 24 fevral 1984[1], 6 sentyabr 1984[1], 20 fevral 1985[1], 12 oktyabr 1985[1], 12 mart 1987[1]
Filmin növü bədii film
Müddət 141 dəqiqə
Ölkələr SSRİ SSRİ
Dil rus dili
İl 1982
Rəng rəngli
Çəkiliş yeri Lyubertsı, Moskva
IMDb ID0084873

Məzmun

Soyuq bir qış axşamı. Həbsxanada axşam yoxlaması keçirilir. Yoxlama qurtarandan sonra Platon Ryabininə xəbər verilir ki, onu görməyə həyat yoldaşı gəlib. Qadın həbsxanadan 10 kilometr aralıda qəsəbədə otaq tutub. Ryabininin görüşdən imtina etməyə ixtiyarı var. Lakin rəhbərliyin sözünə əməl etməməyə ixtiyarı yoxdur. Onu səhər yoxlamasına qədər buraxırlar və xəbərdarlıq edirlər ki, az da olsa gecikmək – qaçış kimi başa düşüləcək. Platon həbsxanadan qəsəbəyə gedəndə həbsə düşənə qədər keçirdiyi həyatı yadına düşür.

Platonun yadına saldığı həmin gün o, atası ilə görüşmək üçün Moskva-Alma-Ata qatarında Qriboyedova gəlir. Zastupinsk orta stansiyasında qatar 20 dəqiqəlik dayanır. O, nahar eləmək üçün vağzalın yanındakı restorana gəlir. Verilən nahar isə o qədər iyrənc olur ki, o, yeməyini yemir və getmək istəyir. Lakin ofisiant qız Vera ondan yeməyin pulunu istəyir. Platon heç nə yemədiyini deyir. Söhbət çox çəkir və Platon qatara gecikir.

Növbəti qatarı gözləyən Platon bələdçi Andreyin sevgilisi Veranın yanına gəldiyini görür. Andrey Veraya iki çamadan yemiş gətirib. Andrey Veranı da götürüb kupeyə çıxır. Bu müddətdə Platondan yemişlərə baxmağı xahiş edir. Yemişləri oğurlamaması üçün Andrey Platondan pasportunu girov istəyir. Qatar gedəndə Andrey sənədi qaytarmağı yaddan çıxarır. Belə vəziyyətdə Platon növbəti qatara minə bilməz və iki gündən sonra Andrey gələnə qədər Zastupinskdə gözləməyə məcburdur.

Bütün günü Platon və Vera bir neçə dəfə vağzalda rastlaşırlar. Vera Platonun qatara minə bilməməsində özünü günahkar bilir. Onlar barışırlar. Axşam Vera sonuncu avtobusa gecikir və Platonla vağzalda qalmalı olur. Gecə vağzalda yatan vaxt Platonun portmanatını oğurlayırlar. Platon həm sənədsiz, həm də pulsuz qalır. Pul qazanmaq üçün o, bazarda həmin yemişləri satmalıdır. Axşam Platon Veranı restorana dəvət edir və pianoçu işləyib qazandığı pulla hesabı ödəyir.

Platon Veraya televizorda canlı yayıma çıxan arvadını göstərir. O, arvadının avtomobil sürən vaxt bir nəfəri vurmağından danışır. Platon bütün günahı öz boynuna götürür. İndi Platon verdiyi iltizama əsasən, yaşadığı yerdən kənara çıxmamalıdır. O isə ağır xəstə olan atası ilə görüşmək üçün gizli Qriboyedova gedirdi. Çünki Platon, azadlığa buraxılandan sonra atasını sağ görə bilməyəcəyindən qorxurdu. Vera dözə bilmir və gizli Platonun arvadına zəng edir. Platonun arvadı öz günahını inkar edir və hər şeyi ərinin üstünə atır. Restorandan sonrakı gecəni Platon və Vera bir yerdə keçirirlər.

Növbəti səhər Andrey gəlir və Platonun pasportunu qaytarır. Vera Andreyə onu Platona görə atdığını deyir. Andrey və Platon arasında vuruş başlayır və polisin gəlməsi ilə qurtarır. Andreyi tuturlar, Platon isə Zastupinskdən gedir.

Bununla da Platonun xatirələri qurtarır. O, artıq qəsəbəyə çatıb. Arvadı ilə görüşəcəyi daxmanı tapanda Platon görür ki, əslində onu görməyə gələn Veradır.

Platonun səhər yoxlamasına gecikməyə ixtiyarı yoxdur və gecikmə qaçış kimi başa düşüləcək. Lakin saatın zəngini nə Platon, nə də Vera eşidir. Onlar yoxlamaya cəmi 20 dəqiqə qalmış yuxudan dururlar. Platon həbsxanaya 10 kilometr qaçmalıdır. O, özü ilə həm də ağır akkordeonu aparır. Vera sevdiyi insanı atmaq istəməyib onunla birlikdə qaçır. Həbsxanaya çatmağa lap az qalıb, amma onların artıq gücü yoxdur. Bu vaxt Vera Platona akkordeonda çalmağı təklif edir. Bu səs həbsxananın həyətində eşidilir və Platonun səhər yoxlamasında iştirak etməsi nəzərə alınır.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifləri : Emil Braginski, Eldar Ryazanov
Quruluşçu rejissor : Eldar Ryazanov
Quruluşçu operator : Vadim Alisov
Quruluşçu rəssam : Aleksandr Borisov
Bəstəkar : Andrey Petrov
Rejissor : Leonid Çertok
Montaj edən : Valeriya Belova
Səs operatoru : Oleq Zilberşteyn
Mahnıların mətni : Eldar Ryazanov
Çalır : Kinematoqrafiya Dövlət Simfonik Orkestri
Dirijor : Sergey Skripka
Geyim rəssamı : Edit Priyede
Operator : Pyotr Kuznesov
Qrim rəssamları : Lyubov Kulikova, İrina Morozova
Redaktor : Lyubov Qorina
Musiqi redaktoru : Raisa Lukina
Məsləhətçi : Nikolay Qridasov
Filmin direktoru : Lazar Milkis

Rollarda

Lüdmila Qurçenko – Vera Nefyodova
Oleq Basilaşvili – Platon Ryabinin
Nikita Mixalkov – Andrey
Nonna Mordyukova – Mişa dayı
Mixail Kononov
Anastasiya Voznesenskaya
Tatyana Doqileva
Olqa Volkova
Aleksandr Şirvindt
Raisa Etuş
Teymur Yunusov
Stanislav Sadalski
J. Aleksandrova
İ. Bargi
Alla Budniskaya
P. Kuznesov
Viktor Borsov
Q. Mixaylov
Tatyana İqnatova
Nina Palladina
İ. Komarova
Aleksandr Pyatkov
Aleksey Konyaşin
Anatoli Skoryakin
Anna Frolovseva
Eldar Ryazanov

Mənbə

  • Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 18; 38; 55-56; 84; 109; 192; 208; 321; 365; 376.

Xarici keçidlər

  1. https://www.imdb.com/title/tt0084873/releaseinfo.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.