İki xərçəng
İki xərçəng — 1889-cu ildə Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəridir. İki xərçəngin natürmortu olan bu sənət əsərində yaşıl arxafonda xərçənglərdən diri düz, digəri isə beli üstə tərsinə təsvir olunub. Hündürlüyü 47 sm, genişliyi 61 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. [2]
İki xərçəng | ||
---|---|---|
Two Crabs | ||
| ||
Rəssam | Vinsent Van Qoq | |
Tarixi | 1889 | |
Üslubu | natürmort | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 47 sm × 61 sm | |
Materialı | Kətan | |
Saxlanıldığı yer | Birləşmiş Krallıq, London. London Milli Qalereyası | |
Saytı |
nationalgallery.org.uk/p… vggallery.com/painting/p… |
|
İnventar nömrəsi | L995[1] | |
Vikianbarda əlaqəli mediafayllar |
Van Qoqun bu əsəri 1889-cu ilin yanvarında xəstəxanadan çıxdıqdan sonra çəkdiyi düşünülür. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı. [3]
İstinadlar
- http://www.nationalgallery.org.uk/paintings/vincent-van-gogh-two-crabs.
- "Vinsent Van Qoq. İki Xərçəng./Vincent van Gogh. Two Crabs" (ing. ). nationalgallery.org.uk. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2020.
- "Two Crabs" (ing. ). art-vanGogh.com. 2018-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 fevral 2020.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.