İkar (mifologiya)

İkar (yun. Ἴκαρος)[1]yunan mifologiyasında personaj.

Yakob Piter Qovinin "İkarın uçuşu" əsəri.

Hekayəsi

İkarın atası Dedal bir memardır. Sürgünə göndərildiyi Krit adasında Kral Minosun yanında işləməyə başlayır. Qardaş davasından sonra Poseydonun köməyi ilə taxta çıxan Minos Poseydon ilə razılaşmasına əməl etmir. Bundan qəzəblənən Poseydon Minosun həyat yoldaşı Pasifayanın bir buğaya aşıq edir. Pasifayanın bu buğadan Minotavr adlı yarı insan, yarı buğa oğlu olur. Minos bu canlını gizlətmək istəyir. Bunun üçün Dedalı çağırıb onu həbs etmək üçün labirint tikməsini əmr edir. Dedal onun bu istəyini yerinə yetirir.

Minos hər il şəhərdən 7 kişi və 7 qadını alıb bu labirintə qurban kimi göndərir. Artıq qurban vermək istəməyən Tesey Dedalın köməyi ilə labirintdə Minotavrı öldürür. Minosun qızı Ariadna isə qəhrəman Teseyə aşiq olur. Labirinti inşa edən Dedalın köməyi ilə ikisi Krit adasından qaçır.

Bu xəyanəti öyrənən Minos çıxış bilinməsin deyə Dedal və oğlu İkarı bir qülləyə həbs edir. Amma Dedal quşların pəncərənin önünə buraxdıqları lələklərlə özünə və oğluna qanadlar düzəldib arı mumu ilə bellərinə yapışdırır. Havalanmazdan qabaq oğlunu xəbərdar edir: nə çox alçaqdan, nə də çox yüksəkdən uçmalıdır. Çox alçaqdan uçarsa qanadları nəmdən ağırlaşacaq, çox yüksəkdən uçarsa isə Günəş arı mumunu əridəcəkdir. Amma uçmaqdan məst olan İkar atasının bu xəbərdarlıqları unudur. Getdikcə səmada daha da yüksəlir. Sonda o qədər yüksəlir ki, günəş işığı onun qanadlarındakı arı mumunu əridir, qanadları qopur. İkar Egey dənizinə düşüb ölür. Yüksəlmək ona baha-başa gəlir.

İstinadlar

  1. Larissa Bonfante, Judith Swaddling, Etruscan Myths, p. 43

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.