İdris Qədimov

İdris Xəlil oğlu Qədimov (15 sentyabr 1920, Morul, Gəncə qəzası20 avqust 1996, Klаypеdа) — sovet-Azərbaycan hərbçisi, tibb xidməti polkovnik-leytenantı. 9 may faşizm üzərində qələbə qazanılmasında böyük rolu olan azərbaycanlı.

İdris Qədimov
İdris Xəlil oğlu Qədimov
Şəxsi məlumatlar
Doğum tarixi 15 sentyabr 1920(1920-09-15)
Doğum yeri
Vəfat tarixi 20 avqust 1996(1996-08-20) (75 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Yevgeniya Qədimova
Uşaqları Tamara Qədimova, Elvira Qədimova
Atası Xəlil ağa Qədimov
Anası Zinyət Hüseynova
Təhsili
Hərbi fəaliyyəti
Xidmət illəri 23.06.1943 − 09.05.1945
Rütbəsi Tibb xidməti polkovnik-leytenantı
Təltifləri 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı "Köniqsberqin alınmasına görə" medalı

Ailəsi

İdris Qədimov Şəmkirin tanınmış Qədimağalılar (əvvəlki adla Bədirbəylilər) nəslindəndir.

Təhsili

Orta təhslini müvəfəqiyyətlə bitirən İdris Qədimov ali təhslini 1942-ci ilin avqustunda infeksion xəstəliklər ixtisası üzrə Azərbaycan Dövlət Tibb Universitetində tamamlamışdır.

II Dünya Müharibəsi illərində

İdris Qədimov, sanitar-tibb bölümündə kiçik həkim vəzifəsində çalışaraq, döyüş şəraitində, mərdliklə və cəsarətlə yaralı əsgər və zabitlərə yüksək ixtisaslı tibbi yardım göstərirmişdir.

İdris Qədimov 23.06.1943-cü ildən 08.08.1943-cü ilədək Qərb Cəbhəsində alayın kiçik həkimi; 08.08.1943-cü ildən 01.10.1944-cü ilədək 3-cü Belorus cəbhəsində alayın kiçik həkimi; 01.10.1944-cü ildən 09.05.1945-ci ilədək Qərb Cəbhəsi, Xüsusi Hərbi rayonda alayın kiçik həkimi vəzifələrində çalışmışdır.

07.04.1945-ci ildən 10.04.1945-ci ilədək Koeniqsberq şəhəri uğrunda gedən son döyüşlərdə İdris Qadimov 200-dən çox insana tibbi yardım göstərmişdir. O, 21 qan və qan əvəzedicisi, 8 vagosimpatik blokada, 25 anesteziya sındırmalarından ibarət 2 tibbi köçürmə əməliyyatı etmişdir. Bunlar ağır yaralar üçün cərrahi tədbirlər sırasına daxildir.

II Dünya Müharibəsindən sonrakı illərdə

Müharibədən sonra İdris Qədimov Klaypeda (Litva SSR) şəhərində yerləşən Hərbi Hospitalda həkim kimi çalışmışdır.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.