İdarəetmə paneli (Windows)

İdarə etmə paneli (ing. Control Panel) Microsoft Windows-un istifadəçi interfeysinin bir hissəsidir. Bu panel vasitəsilə sistem quraşdırılması üzrə əsas vəzifələri yerinə yetirmək olar. Məsələn, qurğuların əlavə edilməsi və nizamlanması, proqramların quraşdırılması və ləğv edilməsi, istifadəçi hesablarının idarə edilməsi, xüsusi imkanların əlavə edilməsi və s. Sadaladığımız bu və digər imkanlar idarə panelinin appletləri hesab olunur və .cpl fayl uzantısı ilə sistem qovluğunda qorunur.. Belə faylların əksəriyyəti C:\Windows\system32 və C:\Windows\winsxs (bu qovluqların altqovluqlarında) sistem qovluqlarında yerləşdirilmişdir. İdarə etmə panelində görünən bütün tətbiqlərin mənbə faylı məhz bu qovluqlardadır. İdarə panelində appletlərin əksəriyyəti Microsoft istehsalının müəyyən edilmiş sistem utilitlərindən təşkil olunmuşdur, amma bəzi hallarda kənar istehsalçılar tərəfindən öz proqram və ya aparat məhsulunu rahat idarə etmək üçün Windows 7 İdarə panelinə öz tətbiqlərini əlavə edirlər. İlk dəfə İdarə etmə paneli Windows 2.0 versiyasında çıxmışdır. Zamanla tətbiqlərin sayının artması ilə bu tətbiqləri kateqoriyalar üzrə çeşidləmək mümkündür. Həmçinin istifadəçi panelə baxış rejimini də dəyişə bilər.

İdarəetmə paneli
Tərtibatçı Microsoft
Əməliyyat sistemi Microsoft Windows

İdarə etmə panelinə giriş

İdarə etmə panelinə giriş müxtəlif üsullarla həyata keçirilir.

  1. "Start" menyusunun sağ tərəfində "İdarə paneli" bəndinin seçilməsi ilə. Həmçinin İş masasına panelin qısayol keçidini də əlavə etmək olar.
  2. İdarə etmə panelinə Windows 7-də Bələdçi panelinin naviqasiya bölməsindən keçid etmək olar.

İdarə panelinin görünüşünün nizamı

Windows-un son versiyalarında İdarə etmə paneli iki cür rejimə malikdir.

  • Kiçik və ya Böyük işarələr. Bütün appletlər, İdarə etmə panelinin pəncərəsində yerləşir və əlifba sırası ilə düzülmüşdür.
  • Kateqoriya. Bütün appletlər nizamlama qrupunun funksionallığı üzrə çeşidlənmişdir. Müəyyən qrupdan nizamlamaya giriş əldə etmək üçün, uyğun olan kateqoriyanı seçmək lazımdır.

Windows 7 versiyasında İdarə etmə panelində nizamlamaların 8 kateqoriyası:

  1. Sistem və təhlükəsizlik.
  2. Şəbəkə və internet.
  3. Avadanlıq və səs.
  4. Proqramlar.
  5. İstifadəçiləri hesabları və ailə təhlükəsizliyi.
  6. Rəsmiləşdirmə və fərdiləşdirmə.
  7. Saat, dil və region.
  8. Xüsusi imkanlar.

Baxışın rejimi, İdarə etmə panelinin pəncərəsinin sağ yuxarı küncündə "Baxış" menyusu vasitəsilə dəyişdirilir. Onun köməyi ilə işarələrin böyük və ya xırda ölçüsünü olar.

İdarə panelinin ayrı elementlərinə giriş

  1. Sadə giriş. Windows 7 İdarə etmə panelindəki bir çox tətbiqlərə giriş üçün alternativ yollar mövcuddur. Məsələn, "Fərdiləşdirmə" appletinə giriş Windows 7 İş masasının istənilən boş yerində tək siçan çıqqıltısı ilə ekrana çıxmış kontekst menyusunda uyğun olan bəndi seçib giriş əldə etmək olar.
  2. CPL-faylların köməyi ilə giriş. Konsolda tələb olunan faylın tam adını daxil etmək və Enter-i basmaq lazımdır. Bu halda əməliyyat sistemi uyğun olan komponentinin işə salacaqdır.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.