İdarəetmə çarxı
İdarəetmə çarxı və ya lever, təyyarəni idarə etmək üçün nəzərdə tutulan xüsusi qurğu. Lever; qanadcıq və rul kimi nəzarət səthlərini hərəkət etdirmək üçün istifadə olunur. Qanadcıq ilk növbədə təyyarənin yuvarlanma oxunda yatış həyata keçirməsini; hündürlük sükanı isə tanqaj hərəkətlərini təmin edir.
Qaleriya
- Airbus A380 sərnişin təyyarəsindəki side-stick tipli lever
- Cessna 152 təyyarəsindəki yoke (boyunduruq) tipli lever
- Boeing 737 təyyarəsinin üfüqi stabilizatoru (sarı). Leverin irəli-geri hərəkəti ilə üfüqi stabilizator üstündəki hündürlük sükanı idarə edilir.
- Qanadcıqların (qara) hərəkəti ilə təyyarənin enişə keçməsi
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.