İdarə

İdarə — mülkiyyətçi tərəfindən idarəçiliyi, sosial-mədəni və digər qeyri-kommersiya fəaliyyətini həyata keçirən, mülkiyyətçi tərəfindən tam və ya qismən maliyyələşdirilən qeyri-kommersiya təşkilatı.

Növləri

Mülkiyyətçidən asılı olaraq aşağıdakı növləri vardır:

  • Dövlət idarələri;
  • Bələdiyyə idarələri;
  • Özəl idarələr;
  • müəssisə, təşkilat;
  • müəssisənin, təşkilatın yerləşdiyi bina;
  • dövlət idarəetmə, dövlət hakimiyyəti orqanı;
  • xidmətlər sahəsində, mənəvi informasiya məhsulunun istehsalında təsərrüfat, sosial-mədəni fəaliyyəti həyata keçirən təşkilat;
  • hər hansı bir iş, fəaliyyət sahəsinə (dövləti, elmi, ictimai, ticarət, təsərrüfat və s.) baxan, müəyyən struktura malik personalı, ştatı, müdiriyyəti olan təşkilat;
  • Azərbaycan Respublikasında dövlət idarələri və ictimai idarələr fəaliyyət göstərir. İdarə hüquqi şəxs hesab olunmur. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür.


  • Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.