Rusiya Federasiyasının İctimai Palatası
Rusiya Federasiyasının İctimai Palatası - Rusiya Federasiyasının Dövlət Dumasının qəbul etdiyi 16 mart 2005 tarixli qanununa əsasən təşkil edilib. Bu qanuna görə Rusiya Federasiyası Prezidenti Palatanın 126 üzvündən 42 üzvünü təyin edir. Rusiya Federasiyasının İctimai Palatasının digər 86 üzvü isə ümumrusiya ictimai birlikləri (42 üzv) və regional və regionlararası birliklər (42 üzv) tərəfindən seçilirlər.
Rusiya Federasiyasının İctimai Palatası aktual problemlerlər üzrə 12 komissiya və hər bir komissiya sədrinin iştirak etdiyi Rusiya Federasiyasının İctimai Palatasının Şurasından ibarətdir.
Rusiya Federasiyası İctimai Palatasının və "Gənclər KİV-inin inkişafı mərkəzinin" birlikdə 31 mart 2011-ci ildə təşkil etdikləri "Modernləşdirmə və innovasion inkişaf: qlobal tərəfdaşlıq" mövzulu konfransda 200-dən çox gəncin təklifləri müzakirə olunub və müvafiq qərarlar qəbul olunub. [1] Rusiya Federasiyasının İctimai Palatasının və İdman Nazirliyinin gənclər siyasəti şurasının birlikdə 31 mart 2011-ci ildə hazirladıqları yeni təkliflər müzakirə olunaraq qəbul olunub.[2]
Rusiyadakı Regionlararası İctimai Palataların 6.4.2011 tarixindəki plenar toplantisında Rusiyada sərmayə qoyuluşunun şəraitinin yaxşılaşmasına aid Rusiya Federasiyası Prezidentinin 10 təklifi müzakirə olunacaqdır.[3]
İctimai Palatada 16.2.2011 tarixində "Dayan, korrupsiya" adlı telefon xətti qurulubdur. Vətəndaçların korrupsiya faktları barədə verdikləri məlumatlar İctimai Palatanın hazırladığı "Müasir Rusiyada antikorrupsiya siyasətinin səmərəliliyi" hesabatının əsasını təşkil edəckdir.[4]
İstinadlar
- http://www.oprf.ru/newsblock/news/3842/chamber_news?returnto=0&n=1%5B%5D
- "Arxivlənmiş surət". 2011-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-31.
- "Arxivlənmiş surət". 2011-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-03-31.
- "Arxivlənmiş surət". 2011-05-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-31.