İbrahimkənd
İbrahimkənd — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd.[1]
İbrahimkənd | |
---|---|
41°01′19″ şm. e. 47°13′25″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Şəki rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 389 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 690 nəfər |
|
Tarixi
İbrahimkənd Şəki rayonunun Aşağı Küngüt inzibati ərazi vahidində kənd. Alazan-Əyriçay çökəkliyindədir. Oykonim İbrahim (Şəxs a.) və kənd komponentlərindən düzəlib, "İbrahimə məxsus kənd" mənasındadır[2].
Əhalisi
Kəndin əhalisi 690 nəfər təşkil edir ki, onun da 333 nəfəri kişi, 357 nəfəri isə qadındır.[3].Əhali əsasən taxılçılıq, tütünçülük, baramaçılıq, tərəvəzçilik, heyvandarlıqla məşğuldur.
Mənbə
- Azərbaycan coğrafiyası. Ensiklopedik lüğət. - Bakı: “GÜNƏŞ” nəşriyyatı, 2011.
İstinadlar
- Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
- "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
- 2. Azərbaycan coğrafiyası. Ensiklopedik lüğət. - Bakı: “GÜNƏŞ” nəşriyyatı, 2011.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.