İbrahim bəy Ramazanoğlu
Sarımüddin İbrahim bəy Ramazanoğlu (? - 1383) - 1354-1383-cü illərdə Ramazanoğulları bəyliyinə hökmdarlıq etmiş bəy.[mənbə göstərin]
Sarımüddin İbrahim bəy Ramazanoğlu | |
---|---|
İbrahim bəy Ramazanoğlu | |
Ramazanoğulları bəyi | |
1354 – 1383 | |
Əvvəlki | Ramazan bəy Yüreğir |
Sonrakı | Şəhabəddin Əhməd bəy Ramazanoğlu |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Adana |
Atası | Ramazan bəy Yüreğir |
Həyatı
Ramazan bəyin ölümündən sonra Ramazanoğulları bəyliyinin başına oğlu Sarımüddin İbrahim bəy keçdi. O, 1354-cü ildə Qahirəyə gedərək Məmlük sultanına hədiyyələr təqdim etdi. Məmlük sultanı isə onun bu hərəkətini müsbət qarşıladı və ona bəylik hüququ verdi. İbrahim bəy Adanaya dönərək bəyliyin ərazilərini genişlətməyə başladı. 1360-cı ildə Hələb valisi Əmir Səyfəddin Baydəmirin rəhbərliyindəki Məmlük ordusu Türkmənlərin köməyi ilə Kilikiya Erməni çarlığının əlindəki Adana və Tarsus bölgələrini azad etdi. Bu torpaqlar Ramazanoğullarının torpaqlarına qatıldı. Sonralar Sis şəhəridə Ramazanoğullarının tabeliyinə keçməsi ilə Çukurova bölgəsi tamamilə Ramazanoğullarının əlinə keçmiş oldu. Sarımüddin İbrahim bəy Çukurovada hakimiyyətini müstəqilləşdirmək üçün Əlaəddin bəy Qaramanoğlu ilə ittifaq bağladı. Daha sonralar Məmlüklərin əlindəki Sis şəhərini azad etmək üçün Xəlil bəy Zülqədər ilə ittifaq bağladı. Ancaq, 1381-ci ildə Xəlil bəy Zülqədərin Məmlüklərə məğlub olmasından sonra İbrahim bəy Sis hakimi Torumtayın köməyi ilə Sultandan bağışlanmasını istədi.
İbrahim bəyin sultana bağlılığı çox az çəkdi. 1383-cü ildə Sultan İbrahim bəyin Əlaəddin bəy Qaramanoğlu ilə ittifaqını bəhanə edərək üstünə ordu göndərdi. Hələb hakimi Yelboga ən-Nasirinin başçılıq etdiyi Məmlük ordusu 1383-cü ildə İbrahim bəylə yanaşı qardaşı Qara Məhəmməd bəy Ramazanoğlunuda öldürdü.