İbrahim Yusifoğlu
İbrahim Yusifoğlu (tam adı: İbrahim Yusifoğlu Yusifov, d.30 sentyabr 1954, Şərur rayonunun Axura kəndi.) — müəllim, şair, prezident mükafatçısı.[1]
İbrahim Yusifoğlu | |
---|---|
İbrahim Yusifoğlu Yusifov | |
Doğum tarixi | |
Doğum yeri | Axura, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Naxçıvan Dövlət Pedaqoji İnstitutu |
Həyatı və təhsili
İbrahim Yusifoğlu Yusifov 30 sentyabr Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 70-ci illərin əvvəllərində pedaqoji fəaliyyətlə məşğuldur."Şərur qönçələri" ədəbi birliyinin rəhbəridir. 1994-cü ildə haqqında Naxçıvan Muxtar Respublikasının televiziyasında "Dağların şair oğlu" adlı film çəkilib.
Fəaliyyəti
Bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk mətbuat əsəri olan “Qələbə atəşi” şeri 1971-ci ildə Şərur rayonunda dərc olunan "İşıqlı yollar" qəzetində çap edilmişdir.Əsərləri türk, rus və fransız dillərinə tərcümə olunmuşdur. Ümumilikdə 25 (iyirmi 25) adda şeirlər[2], poema, hekayə, povest və mənzum pyes kitablarının müəllifidir. 1998-ci ildən Azərbaycan Yazıçlar Birliyinin və 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Kitabları
Mükafatları
İstinadlar
- Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası. 2002. səh. 348. ISBN 5-8066-1468-9.
- İllərin poetik yaddaşı, yaxud uğurlu ədəbi hesabat
- "İbrahim Yusifoğlunun şeirləri". 2017-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.