İbrahim Səfərov (dövlət xadimi)
Səfərov İbrahim Səfər oğlu (28 avqust 1913, Şamaxı qəzası – 22 noyabr 1998, Bakı) — Azərbaycanda meşəçilik elminin banilərindən biri, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, kənd təsərrüfatı üzrə elmlər doktoru, professor.
İbrahim Səfərov | |
---|---|
Azərbaycan SSR sovxozlar naziri | |
11 fevral 1953 – 26 mart 1953 | |
Əvvəlki | Soltan Mirzəyev |
15 aprel 1952 – 11 fevral 1953 | |
Sədr | Teymur Quliyev |
Azərbaycan SSR meşə təsərrüfatı nazirinin birinci müavini | |
1945 – 1952 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 avqust 1913 |
Doğum yeri | |
Vəfat tarixi | 22 noyabr 1998 (85 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | professor |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
|
Həyatı
İbrahim Səfərov 28 avqust 1913-cü ildə Şamaxı rayonunun Quşçu kəndində anadan olmuşdur. Meşəçilik (Tiflis şəhərində) və hüquqşünaslıq sahələrində iki ali təhsil almışdır.
1939–1940-cı illərdə Azərbaycan Xalq Komissarlığının Baş meşə-sənaye idarəsinə baş mühəndis, daha sonra isə Bakı Kənd Təsərrüfatı Texnikumuna direktor vəzifəsinə təyin edilmişdir. 1942–1945-ci illərdə zabit rütbəsində İkinci dünya müharibəsində iştirak edərək, Bessarabiyanı azad edənlər sırasında olmuşdur. 1945–1952-ci illərdə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazirinin birinci müavini vəzifəsində çalışmışdır. 1952–1953-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini və eyni zamanda, sovxozlar naziri vəzifəsində çalışmış, 1953–1961-ci illərdə Azərbaycanın ən iri elmi-tədqiqat institutlarından biri olan Əkinçilik İnstitutuna rəhbərlik etmişdir. Onun rəhbərliyi altında institutda əkinçiliklə yanaşı, tərəvəzçilik, yemçilik, mexanizasiya, genetika, seleksiya sahələrinə dair geniş tədqiqat işləri də aparılmışdır.
1961-ci ildən ömrünün sonuna kimi Elmlər Akademiyasının Botanika İnstitutunda çalışmış və yaradıcılıq fəaliyyətini həmin institutun meşəşünaslıq laboratoriyasına bağlamışdır. Onun elmi işinin əsas istiqamətini meşəşünaslıq, biogeosenologiya, ekologiya, bitkilərin sistematikası, yaşıllaşdırma və s. təşkil etmişdir. 1949-cu ildə "Dəmir ağacının bioekoloji xüsusiyyətləri və onun təsərrüfat əhəmiyyəti" mövzusunda namizədlik, 1961-ci ildə isə "Azərbaycanın 3-cü dövr qiymətli relikt ağac bitkiləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Alimin rəhbərliyi altında terras üsulu ilə eroziyaya uğramış sahələrdə püstə, badam və başqa qozmeyvəlilərin plantasiyası yaradılmışdır. Onun əməyinin elmi axtarışları 200-dən çox elmi məqalə, o cümlədən 10 monoqrafiyada öz əksini tapmışdır. Rəhbərliyi altında 2 elmlər doktoru, 25-ə yaxın elmlər namizədi dissertasiyası müdafiə edilmişdir.
İ. Səfərovun hərbi və əmək xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Sovet İttifaqının və Müstəqil Azərbaycan Respublikasının 20 medal və ordenlərinə layiq görülmüşdür. 1998-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin fərmanına əsasən "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
Əsərləri
- Леса Кавказа. Владикавказ, 1991.
- Редкие деревья и кустарники лесов Азербайджана. Баку, Маариф, 1985
- Платан Восточный. Баку, Азернешр, 1981
- Субтропические леса Талыша. Баку, Элм, 1979
Mənbələr
- Весенний листопад – журнал Вокруг Света, № 2, 1986 https://www.vokrugsveta.ru/vs/article/3538/
- Сафаров Ибрагим Сафарович https://www.elibrary.az/
- Сафаров И.С.Субтропические леса Талыша https://books.google.com
- Сафаров И.С. Леса Кавказа https://www.biblus.ru Arxivləşdirilib 2020-11-20 at the Wayback Machine