İbrahim Süleymanov

İbrahim Süleymanov Əbdurrahmanoviç (11 fevral 1953, Jalaqaş rayonu[d], Qızılordu vilayəti7 may 2020, Moskva) — Rusiya Müdafiə Nazirliyinin eksperti və dəfələrlə Çeçenistan parlamentinin, Rusiya Dövlət Dumasının deputatı olan çeçen əsilli general-mayor.

İbrahim Süleymanov
Şəxsi məlumatlar
Doğum tarixi 11 fevral 1953(1953-02-11)
Doğum yeri
Vəfat tarixi 7 may 2020(2020-05-07) (67 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
  • Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyası[d]
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya
Qoşun növü Hava hücumundan müdafiə
Rütbəsi general-mayor
Döyüşlər
Təltifləri "Cəsarət" ordeni "Hərbi xidmətə görə" ordeni "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni III dərəcəli "SSRİ Silahlı Qüvvələrində Vətənə xidmətə görə" ordeni "Əməkdə fərqlənməyə görə" medalı Medal "For Merit to the Chechen Republic"

Həyatı

İbrahim Süleymanov 1953-cü ildə Qazaxıstanda, sürgün edilmiş çeçen ailəsində anadan olub, Leninqrad Ali Hərbi Məktəbini bitirib, 1988-ci ildə SSRİ Silahlı Qüvvələrinin Baş qərargahının Hərbi Akademiyasını bitirən ilk çeçen zabiti olub. SSRİ dağılanda Süleymanov polkovnik rütbəsi daşıyırdı. 1991-ci ildə o, sovet ordusunda xidmət edən bir çox çeçen zabitləri kimi general Cövhər Dudayevin rəhbərlik etdiyi çeçen xalqının birləşmiş Konqresinə üzv olub, Çeçenistan parlamentinə seçilib. “İçkeriya” silahlı qüvvələrinin yaradılmasında iştirak edib.

Çeçenistan müharibəsində iştirakı

1992-ci ildə İbrahim Süleymanovun Dudayevlə münasibətləri korlanıb və ona qarşı müxalifətə keçib. O, öz tayfasını və bütün çeçenləri Dudayevə qarşı mübarizəyə çağırıb, nəticədə Dudayev Süleymanovu şəxsi düşməni adlandırıb. 1994-cü ildə həbs olunub və bir il sonra federal qoşunlar tərəfindən həbsxanadan azad edilib. Moskvanın tərəfinə keçən Süleymanova 1995-ci ildə general rütbəsi verilib.

İbrahim Süleymanov 2020-ci ilin mayın 7-də Moskvada ölüb. Son vaxtlara qədər Süleymanov Rusiya mətbuatında hərbi ekspert kimi Qarabağ məsələsində ermənilərin xeyrinə olan şərhlərlə çıxış edirdi.[1][2]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.