İbrahim Rüstəmli
İbrahim Mirzağa oğlu Rüstəmli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.
İbrahim Rüstəmli | |
---|---|
Rüstəmli İbrahim Mirzağa oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Zərdab rayonu, Azərbaycan |
Vəfat tarixi | (27 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Zərdab rayonu |
Vətəndaşlığı |
![]() |
Atası | Mirzağa Rüstəmli |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti |
![]() |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi Hadrutun azad edilməsi |
Təltifləri |
![]() ![]() |
Həyatı
Rüstəmli İbrahim Mirzağa oğlu 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. 2011-ci ildə orta məktəbi bitirib və hərbi xidmətə gedib. Ailəli idi, bir övladı var.
Hərbi xidməti
Aprel döyüşlərinə könüllü yazılıb. 2020-ci ilin sentyabr ayının 21-də könüllü olaraq cəbhəyə yollanıb. İlk vaxtlar topçu kimi xidmət edib. Oktyabrın ortalarında yüngül qəlpə yarası alıb. Bir müddət müalicə alıb, sağaldıqdan sonra yenidən cəbhəyə yollanıb. Xocavənd rayonunun bir neçə kəndinin alınmasında fəal iştirak edib. Noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış bir neçə əsgər yoldaşının mühasirədən çıxmasına kömək edərkən qəhrəmancasına şəhid olub. Zərdab rayon Şahhüseynli kənd qəbristanlığında dəfn edilib.
Təltifləri
(15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[1]
(25.12.2020) — "Xocavəndin azad olunmasına görə" medalı (ölümündən sonra)[2]
İstinadlar
- Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.). 25.12.2020. 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.12.2020.