İbrahim Qurbanov

İbrahim Musa oğlu Qurbanov (22 mart 1925, Tərp29 oktyabr 1992, Bakı) — Sosialist Əməyi Qəhrəmanı.[1]

İbrahim Qurbanov
Cəlilabad rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
Vəzifədədir
1980-ciildən
bayraq
Neftçala rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1977 1980
Şəxsi məlumatlar
Doğum tarixi 22 mart 1925(1925-03-22)
Doğum yeri
Vəfat tarixi 29 oktyabr 1992(1992-10-29) (67 yaşında)
Vəfat yeri
Partiya

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Həyatı

İbrahim Qurbanov 1925-ci ilin mart ayının 22-də Qərbi Azərbaycanın Dərələyəz mahalında dünyaya göz açıb. Əmək fəaliyyətinə hələ 15 yaşında olarkən kənd sovetinin katibi vəzifəsində başlayıb. Sonralar mühasib, məktəb direktoru kimi vəzifələrdə çalışıb. 1944-cü ildə o vaxtki Əzizbəyov Rayon Komsomol Komitəsinin ikinci katibi seçilib. 1947-ci ildə tutduğu KP Əzizbəyov Rayon Komitəsinin təlimatçısı vəzifəsini tutub.Respublika Partiya Məktəbində təhsilini başa vurduqdan sonra Azərbaycan KP Əli-Bayramlı Rayon Komitəsində kənd təsərrüfatı şöbəsinin müdiri təyin edildi. Daha sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu da bitirdi.

Sonralar Əli Bayramlı rayonundakı Vladimirsk MTS partiya təşkilatının katibi, Əli Bayramlı Rayon Partiya Komitəsinin katibi vəzifəsinə təyin olunmuşdur.

İ.Qurbanov 1957-ci ildən 1961-ci ilədək Bakı Ali Partiya Məktəbinin dinləyicisi olmuş, məktəbi bitirdikdən sonra Əli Bayramlı rayonundakı 6 nömrəli sovxozun istehsalat idarəsinin rəisi, Salyan rayonundakı SSRİ–nin 50 illiyi adına 1 nömrəli pambıqçılıq sovxozunun direktoru vəzifələrində çalışmış, S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsilini davam etdirmişdir.

Respublika ictimaiyyəti arasında dərin nüfuz qazanmış İbrahim Qurbanov 1973-cü ildə Salyan Rayon XDS İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, 1977-ci ildən Azərbaycan KP Neftçala Rayon Partiya Komitəsinin birinci katibi olmuş, 1980-ci ildə isə Azərbaycan KP Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin olunmuşdur.

İ.M.Qurbanov Azərbaycan KP MK–nın üzvü, doqquzuncu, onuncu və on birinci çağırış respublika Ali Sovetinin deputatı kimi fəal ictimai–siyasi iş aparmışdır.

İbrahim Qurbanovun fədakar əməyi, xidmətləri Sosialist Əməyi Qəhrəmanının "Qızıl Ulduz"u, Lenin ordeni, üç Qırmızı Əmək Bayrağı ordeni və medallarla qiymətləndirilmişdir.

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.