İbrahim Quliyev (musiqiçi)

İbrahim Hacıbaba oğlu Quliyev (23 may 1959, Bakı16 yanvar 2010, Türkiyə) — musiqiçi, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008), Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009–2010).

İbrahim Quliyev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Hacıbaba Quliyev
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi, sənətşünas
Elmi dərəcəsi
  • sənətşünaslıq namizədi[d]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı  — 2008

Həyatı

İbrahim Quliyev 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

Fəaliyyəti

Azərbaycan Mədəniyətinin Xeyriyə fondunun icraçı direktoru, "Azərbaycan-İrs" jurnalının direktoru, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədr müavini olmuşdur. İbrahim Quliyev Azərbaycan musiqisinin tarixi inkişafı mövzusu ilə əlaqədar namizədlik dissertasiyasını müdafiə edərək "Sənətşünaslıq namizədi" elmi dərəcəsini almışdır. İbrahim Quliyev Bakı Musiqi Akademiyasının "Konsertmeyster ustalığı" kafedrasının baş müəllimi olmuşdur. "Maestro" və "Maestro belə yazırdı" kitablarının müəlifidir.

Azərbaycan Respublikasının Prezidentinin 17 sentyabr 2008-ci il tarixli sərəncamı ilə İbrahim Quliyevə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.

Əsərləri

  • "Maestro"
  • "Maestro belə yazırdı"

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.