İbrahim Nafa

İbrahim Nafa (ərəb. إبراهيم نافع; 12 yanvar 1934, Süveyş, Süveyş mühafəzəsi[d], Misir krallığı[d]1 yanvar 2018, Dubay, BƏƏ) — Misir jurnalisti, "Əl-Ahram" qəzetinin redaktoru (1979–2005) və Ərəb Jurnalistlərinin Ümumi Birliyinin idarə heyətinin sədri (1996–2012).

İbrahim Nafa
ərəb. إبراهيم نافع
Doğum tarixi 12 yanvar 1934(1934-01-12)
Doğum yeri
Vəfat tarixi 1 yanvar 2018(2018-01-01) (83 yaşında)
Vəfat yeri
Vəfat səbəbi mədəaltı vəzin xərçəngi
Təhsili
Fəaliyyəti jurnalist, yazıçı
Fəaliyyət illəri 1956-cı ildən

Bioqrafiya

İbrahim Nafa 12 yanvar 1934-cü il tarixində Misirin Suez şəhərində anadan olmuşdur. Nafa 1956-cı ildə Əyn Şams Universitetində bakalavr dərəcəsi almışdır. O daha sonra karyerasına "Reuters"in müxbiri olaraq başlamışdır. Nafa daha sonra "Misir Radiosu"nun redaktoru və dövlətə mənsub olan "Əl Qumriyə" qəzetinin iqtisadiyyat redaktoru olmuşdur. Nafa "Əl-Ahram" qəzetində iqtisadiyyat bölməsinin rəhbəri və baş redaktor müavini olaraq işləmişdir.[1]

Nafa 1979–2005-ci illərdə "Əl-Ahram" qəzetinin baş redaktoru idi.[2] Nafa daha sonra qəzetin baş direktoru təyin edilmişdir.[1] İsrailin "Haarets" qəzeti Nafanın Misirin iki prezidenti, Ənvər SadatHüsnü Mübarəkin siyasətini "sədaqətlə ötürdüyü"nü və Misir Jurnalistlər Sindikatının prezidenti olaraq, Nafanın "Misirin təbliğat siyasətini formalaşdırdığı və mətbuatın özünü-senzuradan keçirməsinin sərhədlərini müəyyənləşdidiyi"ni yazmışdır.[3] Qəzetin idarə heyətinin yeni sədri Salah Əl-Ğamri, baş redaktoru isə Osama Səraya olmuşdur. Misir parlamentinin yuxarı palatası Nafanı Yuxarı Mətbuat Şurasının üzvü seçmişdir.[4]

Biblioqrafiya

  • "Demokratiyanın qanadları" (ərəb.)
  • "Təhlükənin illəri" (ərəb.)

İstinadlar

  1. "Veteran Egyptian journalist Ibrahim Nafea dies at the age of 84". Ahram Online. 1 yanvar 2018. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
  2. Al-Şərbini, Ramazan. "Veteran Egyptian journalist dies in Dubai". Gulf News. 1 yanvar 2018. 2018-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
  3. Barel, Zvi. "In Nafie's Pocket: $600 Million". Haarets. 5 aprel 2006. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 yanvar 2018.
  4. Əl-Din, Gəmal Əssam. "A radical shake-up?". Əl-Ahram. 13 iyul 2005. 26 mart 2013 tarixində orijinalından arxivləşdirilib.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.