İbrahim Mustafayev

İbrahim Mustafayev (1972, Qurdqala, Kalinino rayonu) – Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2018–2021)

İbrahim Mustafayev
İbrahim Ənvər oğlu Mustafayev
bayraq
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
28 avqust 2018 5 oktyabr 2021 [1]
ƏvvəlkiRamiz Yediyarov
Qüdrət Paşayev (i.e.)
SonrakıOrxan Mürsəlov
Şəxsi məlumatlar
Doğum tarixi 1972
Doğum yeri

Həyatı

Mustafayev İbrahim Ənvər oğlu 1972-ci ildə indiki Ermənistan SSRİ-nin Kalinino rayonu Qurdqala kəndində anadan olmuşdur.

İbrahim Mustafayev uzun illər Azərbaycan Respublikası Prezidenti Administrasiyasında çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2021-ci il tarixli Sərancamı ilə İbrahim Ənvər oğlu Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.[2]

5 oktyabr 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.[3]

Gədəbəy Rayon icra hakimi olduğu dönəm

Ənənəvi kənd təsərrüfatı rayonu olan Gədəbəy rayonu son dönəmlərdə kartofçuluğun tənəzzülə uğraması ilə maliyyələşməsində, büdcəsinin formalaşdırılmasında ciddi problemlər yaranmışdı, amma İbrahim Mustafayevin gəlişindən sonra ilk dəfə bölgənin turizm imkanlarından faydalanmaq üçün konkret proqram həyata keçirilməyə başlandı. Gədəbəydə 2019-cu ildə "Milli Yaylaq Festivalı" baş tutdu və demək olar ki, nəinki respublika, bütövlükdə türk ölkələrindən kifayət qədər qonaqlar gəldi. Bu tədbir xeyli populyar oldu. Sonradan pandemiyanın şərtləri imkan vermədi ki, bu prosesi davam etdirmək mümkün olsun.

İbrahim Mustafayev dönəmində Gədəbəy rayonu özü-özünü maliyyə baxımından təmin etməsi istiqamətində əsaslı işlərə başlanıldı. Mərkəzi büdcənin üzərinə yük düşməməsi üçün müxtəlif layihələrə start verildi. Bütövlükdə bir neçə xidmət sahələrinin rentabelləşdirilməsi və Asan Xidmət modelinin qurulmasına yönəlik addımlar nəzərə çarpan dəyişiklikləri və şəffaflaşmanı özü ilə birgə gətirdi. İcra başçısı kimi fəaliyyət göstərdiyi dövrdə Vətəndaşlarla bağlı Gədəbəy İH-də normal bir sistem qurmuş rüşvətdən, korrupsiyadan, məmur biznesmenliyindən uzaq olmuşdur.

Əvvəlki icra başçıları ilə müqayisədə İbrahim Mustafayev fəaliyyəti ilə fərqlənmişdir. Rayonda nəzərə çarpan işlər görən Mustafayev xüsusilə Vətən müharibəsi dövründə Gədəbəy rayonunun şəhidləri ilə bağlı fəaliyyəti ilə seçilmişdir. Müharibə və sonrakı dövrlərdə onların hər birinin ailəsində olmuş, yas mərasimlərinin hər birində iştirak etməyə çalışmışdır. Xüsusilə də şəhid ailələrinə ən yüksək səviyyədə qayğı göstərmişdir.

İstinadlar

  1. "İbrahim Mustafayev Gədəbəyin icra başçısı vəzifəsindən azad edilib". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  2. "Arxivlənmiş surət". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
  3. "Arxivlənmiş surət". 2021-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-05.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.